Dünya Ölkələrinin Ən Qəribə Qadağaları

0
4999
Dünya Ölkələrinin Ən Qəribə Qadağaları

Dünyanın ən qəribə qadağaları haqqında heç eşitmisiniz? Məsələn, Çində bir insanı boğulmaqdan qurtarmaq qadağandır. Səbəbi isə çox maraqlıdır. Belə ki, onu xilas etmək o adamın qədərini dəyişdirmək mənası daşıdığından qadağandır. Dünyanın fərqli bucaqlarında ən qeyri-adi qadağalar ilə tanış olun: 

- Gainesvillidə toyuğu mütləq əlinizlə yemək məcburiyyətindəsiniz.

- İsveçrədə bazar günləri paltar və avtomobil yuyula bilməz. 

- Maryland əyalətində bir aslanı (Şir) kinoya aparmaq qadağandır.

- Marylandda üzərkən yemək yemək qadağandlr.

- Alyaskanın Faribanks şəhərində marala spirtli içki vermənin cəzası həbsdir.

- Arizonanın Mohave mahalında şorba oğrusu tutulduqda, yeməyi oğrunun başından aşağı tökülür. 

- Kaliforniyada heç bir motorlu nəqliyyat vasitəsinin sürücüsü olmasa, saatda 75 km-dən çox sürətlə hərəkət edə bilməz.

- Türkiyədə xalqa açıq olan yaşıllıqlarda çəmənliklərə girmək qadağandır. 

- Los Ancelesdə bir kişinin yoldaşını 5 sm-dən daha qalın bir kəmərlə döyməsi qadağandır.

- San Fransiskoda Market Prospektində fillərlə gəzmək qadağandır.

- Fransada donuzlara Napoleon adı vermək qadağandır.

- Alanya Bələdiyyəsi Bərəkət Tanrısının heykəlciyinin açıq satmağını 1999-ci ildə qadağan etdi.

- Çikaqoda bir nüvə bombası partlatmasının cəzası yalnız 500 dollardır.

- Floridada bərbərə gedən qadınların saç qurutma maşınındaykən yatmaları qadağandır.

- Nyu-Yorkda əcnəbi biriylə liftdə danışmaq qadağandır.

- Vaterloo şəhərində bərbərlərin 07.00 - 19.00 arası soğan yemələri qadağandır.

- Nevada əyalətində sizə aid bir məkanda itinizə atəş açan birini anında asma haqqınız var.

- Klinton Mahalında cəmiyyətə aid bir binaya söykənmək qadağandır.

- Racinedə yatan bir xilasetmə məmurunu oyandırmaq qadağandır.

- Fransada relslər üzərində öpüşmək qadağandır.

- İtaliyada ətək geyən kişilər cinayət işləmiş sayılır. Cəmiyyətə açıq yerlərdə and içmək, yumruq atmaq, həmçinin Məryəm adlı qadınların fahişəlik etməsi də qadağan olunub. 

- Şotlandiyada bir inəyin yanında sərxoş olmaq qadağandır.

- Denver şəhərində qonşuya elektrik süpürgəsini borc vermək qadağandır. Şəhərdə siçanlara pis davranmaq da qadağandır.

- Texasda ayaq üstdə pivə içərkən ən çox üç dəfə qurtum içə bilər. Dördüncü qurtum qadağandır. İçmək üçün oturmaq lazımdır.

- Danimarkada avtomobilinin altında birinin tapıldığını görən sürücünün avtomobilini işlətməsi qadağandır.

-Taylandda avtomobil istifadə etdiyiniz zaman köynək geymək məcburiyyətindəsiniz.

- Sinqapurda metroda saqqız tapdalayan həbs olunur.

- ABŞ-ın İndiana ştatında bərbərlərin uşaqların qulağını kəsməsi qadağandır.

- Kanadada yağış yağarkən çəmənlər sulana bilməz.

- Estoniyada hələ kitablarda olan bir qanuna görə, cütlüklərin sevişərkən şahmat oynaması qadağandır.

- Floridada at oğurluğunun cəzası edamdır.

- Montanada bir qadının yoldaşına aid məktubu açması ağır cinayətdir.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN