Dünyanın Varlı Ərəbləri

0
1888
Dünyanın Varlı Ərəbləri

Ərəb xalqlarının adını eşitdikdə,ilk ağla gələn şey onların imkanlı olmalarıdır. Dünyada ən varlı 50 ərəbin – istər ayrı-ayrı şəxslərin, istərsə də bütöv ailələrin siyahısı “The Arabian Business” işgüzar jurnalında dərc edilib.

2007-ci ildə ərəb dünyasında ən varlı adam Səudiyyə şahzadəsi Əl-Valid bin Təlal əl-Səud hesab edilir. Onun var-dövləti 29,5 milyard dollar məbləğində qiymətləndirilir.

Onun ardınca 24 milyard dollar var-dövləti olan səudiyyəli Əl-Raci ailəsi gəlir.

2005-ci ildə qətlə yetirilmiş Livanın Baş naziri Rəfiq Həririnin ailəsi siyahıda üçüncü yerdədir. Nəşrin məlumatına görə, ən məşhur Livan ailəsinin aktivləri 17,8 milyard dollar dəyərində qiymətləndirilir.

Xırda mağazalar şəbəkəsinin sahibi küveytli Nasir əl-Hərafi siyahıda dördüncüdür (12 milyard dollar). 

Qeyd etmək lazımdır ki, terrorçuluqda şöhrət qazanmış Bin Ladenin ailəsi, ümumən, tərəqqi edir. “Bir nömrəli terrorçunun” ailəsinin var-dövləti 8,5 milyard dollar məbləğində qiymətləndirilir və o, ən varlı ərəblər siyahısında yeddinci yeri tutur.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN