Duyğu Orqanları İlə Bağlı Maraqlı Faktlar

0
21220
Duyğu Orqanları İlə Bağlı Maraqlı Faktlar

1. Gözləriniz vasitəsilə beyinə göndərilən məlumatlar, həyat boyunca əldə etdiyiniz bütün məlumatların 85% -ni təşkil edir.

2. Gözləriniz mavidirsə, dünyadakı bütün mavi gözlülərlə qohumsunuz deməkdir. Mavi gözlü ilk insanın 6000-10000 il əvvəl ortaya çıxdığı düşünülməkdədir. Bundan əvvəl hər kəs qəhvəyi gözlü idi. Ona görə qəhvəyi gözlüsünüzsə, "qədim insansınız" deməkdir :)

3. Rəng korluğunun kişilərdə görülmə nisbəti, qadınlardan daha yüksəkdir.
 
4. Dəqiqədə orta hesabla 17 dəfə göz qırparıq.

5.Qocalan hər insan, "oxuma eynəyini" istifadə etmək məcburiyyətində qalacaq :) Yaş aldıqca, gözlər fokuslanma qabiliyyətini itirir.

6. Bədənimizdəki ən sürətli çalışan əzələ göz əzələsidir.

7. İnsan gözünə ən yaxın gözlərdən biri, köpəkbalığı gözüdür. Buna görə göz əməliyyatlarında protez olaraq istifadə edilə bilər.
 
8. 80 desibelin üzərindəki səslər insan qulağına zərər verərkən, 120 desibelin üzəri səslər qulaq içindəki sinirləri qalıcı olaraq məhv edə bilər. Məsələn, bir rok konsertində 15 dəqiqə boyunca dinamiklərin qarşısında dayanmaq, eşitmə itkisinə səbəb ola bilər.

9. Qulaqlarınızı yalnız "eşitmə" ilə əlaqədar olduğunu düşünürsünüzsə, yanılırsınız. Daxili qulaq hissəsi eyni zamanda bədənimizin TARAZLIQ sisteminin bir hissəsidir. Buna görə başgicəllənmələrin ən tez rast gəlinən səbəbləri, qulaqla əlaqədar narahatlıqlardır.

10. Ana qarnındakı bir körpədə ilk olaraq dad və qoxu hiss etmə duyğusu, sonra eşitmə duyğusu, sonra lamisə (toxunma) duyğusu və ən son görmə duyğusu inkişaf edər.
 
11. Bədənimizdə toxunma duyğusunun ən çox olduğu bölgələr, barmaq uclarımız və dodaqlarımızdır.

12. Dərimizdə olan toxunmaqla bağlı qəbuledicilər, yaşlandıqca azalır. Elə çox qocalmağınıza da ehtiyac yoxdur. 16-18 yaş arasında bu qəbuledicilər sayca zirvəyə çatır. Sonra çox yavaş bir şəkildə azalmağa başlayırlar.

13. Toxunma, beyində endorfini (bədəndəki təbii ağrıkəsici hormon, xoşbəxtlik hormonu) hərəkətə gətirər. Bir yerimiz ağrıdığında, o nöqtəyə toxunma və ya masaj etmə ehtiyacı hiss etməmiz bu səbəbdəndir.
 
14. Tüpürcək tərəfindən parçalanmayan heç bir yeməyin dadını ala bilməzsiniz. Tüpürcək, yiyiləcək yeməklər içində olan kimyəviləri həll edir və dil üzərində olan alıcılara çatmasını təmin edir. Bunu kiçik bir təcrübə ilə test edə bilərsiniz. Məs: dilinizi təmiz bir kağız dəsmalla qurulayın və məsələn, biskvit kimi quru bir yeməyi dilinizə dəydirin. Şəkərin dadını nə qədər alacaqsınız?

15. "Dad" ilə "Ətirləri" hissetmə duyğusu bir-birindən ayrılmaz bir ikili kimidir. Hətta dad olaraq qəbul etdiyimiz şeylərin yüzdə 80-i əslində qoxudur! Burnunuzu bağlayaraq yemək yeməyə çalışın. Nə qədər düzgün dad ala bilərsiniz?

16. Qadınların dad və qoxu alma duyğusu kişilərdən daha çox inkişaf etmişdir.
 
17. Qadınlarda qoxu həssaslığı, hamiləlik əsnasında normalın çox üstünə çıxar.

18. Qoxu alma duyğusu, beynimizin duyğu, yaddaş və yaradıcılığı təsir hissəsində yer alır. Buna görə insanlar qoxuları, tez-tez keçmişdə yaşadıqları təcrübələrlə əlaqələndirir.

19. "Ətirlər", tez bezən bir duyudur! Bir yeməkxanaya ya da ətriyyat mağazasına ilk girdiyinizdə, zəngin ətirləri və qoxuları dərhal hiss edərsiniz, lakin çox tez öyrəşərsiniz.

20. Təbiətdəki heyvanlarla müqayisədə insanların qoxu alma duyğusu çox zəifdir.
 
21. İtlər sanki qoxu almaq üçün yaradılmış canlılardır. İtlərin beynində qoxu alma duyğusu üçün ayrılan bölüm, insanlarınkından 40 qat daha çoxdur. İtlər bir obyekt və ya canlı ilə qarşılaşdığında, bizim kimi uzun baxışlar ataraq deyil, iyləyərək analiz etməyə çalışırlar. Bəzi itlər, bu qeyri-adi qabiliyyətlərini istifadə edərək, xərçəng, epilepsiya və diabet kimi xəstəliklərə erkəndən diaqnoz qoya bilərlər.

22. Bəzi heyvanların duyğu reseptorları, vərdiş olduğumuzun çox xaricində tapılar. Məsələn:kəpənək və ağcaqanadların dad alma orqanları ayaqlarındadır. Pişikbalığınınkı isə bütün gövdəsinə yayılmış şəkildədir.
 
23. Bəzi heyvanlar isə, bizə "super güc" kimi gələ biləcək duyğu reseptorlarına malikdirlər. Məsələn: bəzi ilan növləri infraqırmızı görüş təmin edən duyğu orqanlarına sahib olduğu halda, quş və arılar ultrabənövşəyi işığı qəbul edə bilərlər.

24. Delfinlər isə səs dalğalarını o qədər təsirli şəkildə istifadə edərlər ki, bəzi mütəxəssislər hamilə bir qadının qarnındakı dölü hiss edə bildiklərini söyləyir. Yəni əlavə bir maşın istifadə etmədən ultrasəs "çəkərlər" :)

25. Eyni şəkildə köpək balıqları ətraflarındakı elektrik dəyişməsi, quşlar isə dünyanın maqnetik sahəsini hiss edə bilirlər.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN