Ən Bakteriyalı Xalq .

0
2222
Ən Bakteriyalı Xalq .

Alimlər Venesueladakı Yanomami tayfasını dünyanın ən bakteriyalı xalqı adlandırıb.

Heç zaman müasir insanla təmasa girməyən tayfa nümayəndələrinin bağırsaqlarında,alimlər ən müxtəlif bakteriyalar tapıblar.  
 
Bundan başqa, qan və DNT analizləri hesabına Yanomami tayfasının üzvlərində antibiotiklərə qarşı güclü immunitetin olduğu da müəyyən edilib. Onlarda aşkar edilən bakteriyaların bəziləri sağlamlıq üçün xeyirlidir – məsələn, böyrəkdə daş yaranmasına mane olur.
 
Digər tərəfdən,Yanomamilərin orqanizmində bağırsaq çöpləri olsa da, anadangəlmə immunitet sayəsində onlar sağlamlıqla bağlı problem yaşamırlar. Yanomami tayfası 2008-ci ildə Amazon cəngəlliklərini hərbi helikopterdə tədqiq edən alimlər tərəfindən aşkar edilib.
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc 
 

ŞƏRH YAZIN