Ən Məşhur Rənglər

0
7323
Ən Məşhur Rənglər

"YouGov" xidmətinin apardığı sorğuya görə dünyada ən məşhur rəng göydür.

Tədqiqatda 10 ölkənin - Böyük Britaniya, Almaniya, ABŞ, Avstraliya, Çin, Honq Konq, Malayziya, Sinqapur, Tailand və İndoneziya sakinləri iştirak ediblər.
 
Göy rəngə ən çox (33 faiz) Böyük Britaniyadan olan respondentlər üstünlük verib. Bu rəngə ən az üstünlük verənlər isə (23 faiz) indoneziyalılar olub.
 
Tailand, Çin və ABŞ-da yaşıl rəng, İndoneziya, Sinqapur, Almaniya və Böyük Britaniyada qırmızı, Hon Konqda bənövşəyi, Avstraliya və Malayziyada isə qırmızı və bənövşəyi rəngə üstünlük verirlər.
 
Qeyd edilir ki, insanların hansı rəngə üstünlük vermələri onların cinsindən də asılıdır. Məsələn, ABŞ-da respondentlər arasında kişilərin təxminən 40, qadınların isə 24 faizi göy rəngə səs verıb. Böyük Britaniyada isə bu göstərici müvafıq olaraq 40 və 27 faiz olub.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN