Ən məşhur yəhudi kəlamları

0
32088
Ən məşhur yəhudi kəlamları

Hər bir xalqın dünyaya öz baxış tərzi vardır. Bu baxış tərzi, özünü məsəl və atalar sözlərində daha qabarıq şəkildə göstərir. Yəhudilərin müdrikliyi haqqında əfsanələr dolaşır və bu heç də əbəs yerə deyil.

• Adəm ilk bəxtəvərdir, çünki qaynanası olmayıb.
• Tanrı insana iki qulaq və bir ağız verib ki, o da az danışsın və daha çox dinləsin.
• Əgər problemi pul vasitəsi ilə həll etmək olarsa, onda bu problem deyil, sadəcə məsrəfdir.
• Qoy Allah səni pis qadınlardan qorusun, yaxşılardan isə özün qurtul (xilas ol!)!
• İçki gələn yerdə siz qalmaz.
• Tanrı eyni zamanda hər yerdə ola bilməz, ona görə də anaları yaradıb.
• Şirin olma –yoxsa səni yeyərlər. Acı olma –yoxsa səni tüpürərlər. 
• Hamı pulun yoxluğundan şikayətlənir. Amma ağlın azlığından şikayətlənən yoxdur.
• Qonaq da balıq kimidir, 3 gündən sonra iylənməyə başlar.
• Keçidən qabaq, atdan isə arxa tərəfdən qorx. Axmaqdan isə bütün tərəflərdən.
• Bilik çox yer tutmaz (artıqlıq etməz).
• Saqqalsız yəhudi daha yaxşıdır, nəinki yəhudisiz saqqal.
• İnsan ən azı maraq xətrinə yaşamalıdır.
• İki şər içərisindən, pessimist hər iksini seçər.
• Kar eşidib ki, lal danışdırdı ki, kor necə görüb ki, axsaq necə sürətlə qaçırdı.
• Tanrı kasıbları ən azı bahalı günahlardan qoruyur.
• Əgər xeyriyyəçilik heç nəyə dəyməsəydi – onda hamı filantrop olardı.
• Evdə qarımış qız ərə gedən kimi – gənc həyat yoldaşına çevrilir.
• Valideynlər uşaqlara danışmağı, uşaqlar isə valideynlərə susmağı öyrədir.
• Pulsuzluğun acısı daha betərdir, nəinki pullu olmağın sevinci.
• Hər saqqalı olan ravvin (molla) olmaz.
• Uzaqdan heç bir insan pis deyil.
• Bəlkə yumurta toyuqdan, daha ağıllıdır, amma o daha tez iylənir.
• Hələ elə at dünyaya gəlməyib ki, onunla öz gəncliyinə çata biləsən.
• Kişilər daha çox iş görərdi, əgər qadınlar daha çox sussaydı.
• Yaxşı susmaq daha çətindir, nəinki yaxşı danışmaq.
• Pis həyat yoldaşı pis yağışdan daha betərdir. Pis yağış insanı evə qovur, pis həyat yoldaşı isə evdən qaçmağa məcbur edir.
• Yer kürəsini məhv edən insanların çoxluğu deyil, insanlığını itirmişlər olacaq.
• Tanrı mənə ayağa qalxmağa kömək et. Yıxılmağı mən özüm də bacararam.
• Əgər həyat yaxşıya doğru dəyişmirsə, gözlə - onda, o pisə doğru dəyişəcək.
• Sevgi nə qədər şirin olsa, ondan kompot hazırlamaq mümkün deyil.
• Etməyə iş tapmayanda, insanlar dahi əməllərə baş vurur.
• Uşaqları olmayanlar, onları yaxşı tərbiyə edir.
• Gülməkdən ölmək daha yaxşıdır, nəinki qorxudan.
• Təcrübə - insanların öz səhvlərini adlandırmaq üçün istifadə etdiyi sözlərdir.
• Keçəllik – müdriklik deyil, qocalıq əlamətidir.
• Qocaldıqca insan sadəcə daha pis, amma daha çox görür
 

ŞƏRH YAZIN