Yaşlı Olanda Zaman Daha Sürətlimi Axıb Gedir ?

0
2532
Yaşlı Olanda Zaman Daha Sürətlimi Axıb Gedir ?

Eşqin heç bir tərifə ehtiyacı yoxdur; başlı-başına bir dünyadır eşq. Ya düz ortasındasan–mərkəzində; ya da xaricindəsən–həsrətində. 

Dəyişdiyimi deyirlər. Xeyr! Qəbul etmirəm. Mən sadəcə bir pillə qalxdım, artıq uzun-uzun susa bilirəm.

Gözəl gündəliklərim vardı. Bir də heç vaxt gündəliklərim qədər gözəl olmayan günlərim.
 
Necə ki, insan ağzında yediyinin dadını yox etməmək üçün heç bir şey yemək istəməz, o da son gördüyü görüntünü itirməmək üçün yeni bir şeyi görmək istəmirdi əslində. 

İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar?

Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik.  

Əlimdə olsa cənnəti alova verər, cəhənnəmi də bir qab su ilə söndürərəm ki, geridə qalan eşq daimi olsun.
 
İndi hər kəs sussun! Bir az da hüzur danışsın. Çünki,o, bu günə qədər heç özündən bəhs etdirmədi.

Xəyalımdakı səni görsən qısqanarsan.

Sənin üçün deyildi o qədər etdiyim şeylər, sadəcə sən zənn etdiyim biri üçün idi.

Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır. 

Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır.

Bir anın doğması üçün, bir anın ölməsi lazımdır. Yeni bir “mən” üçün köhnənin quruyub solması kimi. 

Əsl dostluqlar ortaq zənginliklər üzərində deyil, ortaq yoxsulluqlar üzərində qurulanlardır.

Bəlkə eşq sevgilini qazanmaq deyil, onda özünü itirməkdir.

Günlər günləri qovalayır. Günlər günləri eynilə təkrarlayır. Yorulurlar. Yaşamaqdan deyil, yaşaya bilməməkdən yorulurlar.

İçimin tunellərinə girən kimi bir fənər alıram əlimə. Buralar çox qarışıqdı. Neçə dəfə gəlmişəm. Yenə də həmişəki kimi itirəm. 

Hansı tərəfə gedirsən get. Şərq, Qərb, Şimal və Cənub, çıxdığın hər səyahəti içinə etdiyin bir səyahət olaraq düşün. Öz aləminə səyahət edə bilən adam sonda Yer kürəsini gəzər.

Qəhvə eşq kimidir, nə qədər səbr və diqqət göstərsən,dadı o qədər gözəl olar. 

Bir insana sirrinizi verdiyiniz zaman azadlığınızı da verərsiniz.

Yaşadığın həyatı sevmək üçün bir səbəbin yoxdursa, sevirmiş kimi davranma.

Artıq sənə yaza bilmərəm, amma səni yaza bilərəm.

Nə qədər silirsən sil, ya dəftərin cırılar, ya da cümlələrin izi qalar. 

Bəzən qəfil yaralanarıq. Amma hər yara sağalar. Əvvəl-axır qabıq bağlayar, üstü örtülər. Gözlərdən gizlənər. Çünki heç bir yara görünmək istəməz.

Ölüm reallığını itirir; itənlər statistikaya, atışmalar xəbərlərə çevrildiyində.
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN