Eybəcərlik Üstünlükdür!

0
2738
Eybəcərlik Üstünlükdür!

Bəzi insanları eybəcər göstərən bədən üzvləri ola bilər. Amma bilirdinizmi, qüsur saydığımız iri qulaqlar, böyük burun, qısa ayaqlar əslində sağlamlığınıza daha çox xeyir verir?

“Oxford” və “Southampton” universitetlərində aparılan araşdırmalara görə çirkin olmağın da öz üstünlükləri var. Məsələn, böyük qulaqlar qocalanda daha yaxşı eşidəcək, böyük burun daha az infeksiya tutacaq, bir sözlə hər şeyin öz faydası var...

İri ombaların xeyri
 
Araşdırmalara görə iri ombalar zərərli xolesterolun qarşını alıb, damar sərtləşmələrinə qarşı qoruyucu funksiyası olan xoşxassəli xolesterolu yüksəldir. Oksford Universitetinin tədqiqatlarına görə, iri omba diabet riskini də ortadan qaldırır. Ombadakı və ayaqlardakı yağlar xoşxassəli olsa da, qarın ətrafı yağlar zərərlidir.

Böyük qulaqların xeyri
 
Böyük qulaqlar qocalıqda yaranan eşitmə zəifliyinin qarşısını alır. Həkim Ralf Houmun dediyinə görə qulağımızın ətrafı səsləri mərkəzləşdirməkdə vacib rol oynayır. İnsanların daha yaxşı eşitmək üçün əlini qulağının arxasına qoyduğunu görməmiş olmazsınız. Yəni qulaq nə qədər böyük olsa, qulaq kanalınıza səslər daha yaxşı ötürülər.

Qalın barmaqların xeyri
 
Qalın və balaca barmaqlar gözəl görünməsələr də, bu cür barmaqlara sahib olanların bəxti gətirib. Alimlərin məlumatına görə, qısa barmaqlar insanların sürətli qaçma bacarıqlarını artırır. Uzun barmaqlarla iş görəndə isə daha çox enerji sərf olunur. Elə bu səbəbdəndir ki, uzun barmaqlılar iş vaxtı daha çox yaralanırlar.

Qısa ayaqların xeyri
 
Çikaqo Universitetinin araşdırmaları göstərib ki, qısa ayaqlar daha qalın sümüklüdür və bu da öz növbəsində sağlamlıq üçün vacib şərtdir. İnsanlardakı osteoporoz və ya qocaldıqca ortaya çıxan sümük qırılmaları sümük sayı ilə bağlıdır. Bəzi qırılma növlərində daha böyük sümüklərə sahib olmaq üstünlük hesab olunur.

Böyük burnun xeyri
 
Böyük burunlar bədənin infeksiya qapmasına səbəb olan toz hissəciklərinin və bakteriyaların qarşısını alır. Tədqiqatçılar böyük burunların 7% daha az çirk keçirdiklərini bildirirlər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN