Eynəkli Və Tüpürən İlanlar

0
2898
Eynəkli Və Tüpürən İlanlar

Eynəkli ilanın uzunluğu 1,5-1,8 m-ə çatır. Ən güclü zəhərə malikdir. Bu növ ilanlar havanın temperaturunun 0,003-0,005 dərəcə S dəyişdiyini hiss edir və yaxınlıqda olan siçanı tuta bilirlər. Belə ilanlarda burun və gözlər arasında «termolokator» və ya «istilik gözləri» adlanan iki çökəklik vardır. Bu orqanın hesabına havanın çox cüzi dəyişdiyini hiss edir. Başını dik qaldırıb quyruğu üstə dayandıqda boyun hissəsini genişləndirir və bu zaman onun boynunun genişlənmiş hissəsi eynək şəklini alır. Hindistanda, Malay yarımadasında və bir çox okean adalarında yerli əhali bu ilana böyük ehtiramla yanaşır. Onu evdə gördükdə yemək verir və mühafizə edirlər. Əgər evdəkilərdən birini dişləsə, bunu təbii fəlakət hesab edirlər. Lakin ilana toxunmurlar, onu ehmalca tutub kəndin kənarına buraxırlar.

Ovsunçular bu dəhşətli ilanı öyrədib, ovdan qazanc mənbəyi kimi (rəqs etməkdə, əyləncələrdə) istifadə edirlər. Çox zaman ovsunçular onun zəhər dişini çıxarırlar.


Eynəkli ilan ən zəhərli ilan olduğu üçün onun dişlədiyi adam 3 dəqiqədən sonra ölür, hətta peyvənd etməyə vaxt çatmır.


«Tüpürən» və ya «atılan» ilana ən çox Asiya qitəsində rast gəlmək olar. Uzunluğu 2 m-ə çatır. Olduqca qorxulu ilandır. Öz ovunu dişləri ilə öldürməklə bərabər ona hücum edən, yaxud rast gələn heyvan və ya insana 2 m məsafədən düz gözünün içinə zəhəri tullamaqla «atəş açır» və düşmənini kor edir. Hər atəşdə 3,7 mq zəhər çiləyir. O hirsləndikdə dalbadal 28 dəfə atəş aça bilir.

ŞƏRH YAZIN