Güclü Beyin Üçün:Yaddaş Və Unutqanlıq.

0
5576
Güclü Beyin Üçün:Yaddaş Və Unutqanlıq.

 Fillər dünyanın ən nəhəng canlılarından sayılır. Nəhəng olsa da, çox sevimli heyvanlardır. Onlar çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirlər. Fillər çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər. Bəs siz fillər haqqında nələr bilirsiniz?


Məsələn bilirdinizmi, Afrika həkimləri 400 fili müayinə etdikdən sonra müəyyən ediblər ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə tutulmuşlar. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə yağ-piy ilə çox qidalananlar tutula bilərlər. Həkimlər fillərin orqanizminin bu sirrini hələ də aça bilməmişlər.

Cənub ölkələrində doğulan fillər şimal qışının soyuğuna çətinliklə dözürlər. Ancaq Kanadanın Edmonton şəhərində yaşayan fili soyuq qorxutmur. Ayaqlarına 87 ölçülü çəkmə geyən bu fil qarın üstü ilə cəsarətlə addımlayır. Soyuğa davamlı fil yeni hədiyyə də almışdır, onun xortumuna buruntaq geyindirilmişdir.

Amerika fili bədəncə Asiya filindən böyükdür, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur. Ayaqlarının pəncə hissəsinin altı çox sərt və eyni zamanda elastiki olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Filin xortumu çox elasiki və güclüdür. Burun dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli çıxıntı vardır. Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir.
 
Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca gəzir.
 
Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis seylər hazırlanır. Fil 4 dizi olan yeganə məməli heyvandır. 21-22 ay hamiləlik dövrü keçirir. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür.
 
Alimlər bir müddət onların skletinin harada yerləşdiyini tapa bilmirdilər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya batağlığa atır.

ŞƏRH YAZIN