Göz Yaşı Necə Yaranır?

0
3557
Göz Yaşı Necə Yaranır?

Üzüldüyümüzdən və ya sevincimizdən ağladığımız çox vaxtlar olub. Amma ağlarkən göz yaşımızın necə yaranmasından xəbərsizik.

Hər bir gözün yuxarı kənar küncündə təxminən badam boyda olan göz yaşı vəzisi var. Onlar daim göz yaşı "hazırlayır" və gözlərə axıdırlar. Hər dəfə qırpılanda az miqdarda göz yaşı axaraq, gözlərimizi yuyur və nəmləndirir. Bəzi hallarda - məsələn, gözə toz düşəndə - göz yaşlarının axması da artır.

Biz güləndə sifət əzələlərinin innervasiyası baş verir. Yəni sifət əzələlərini idarə edən "üçlü sinir" ilə ötürülən impulslar həm də göz yaşı vəzisinə təsir edir və nəticədə göz yaşı axır.

Ağlayanda gözdən axan yaxşın mexanizmi isə başqadır. 

Göz yaşlarının tərkibi əsasən sudan, yağdan, duzdan və natrium bikarbonatdan (soda) ibarətdir. Ona görə də göz yaşının dadı şor olur. Bədəndən artıq duzları çıxarmaq stressi yüngülləşdirən amildir. Biz güclü emosiyalar keçirəndə orqanizm stress hormonları ifraz edir. Onlar göz yaşının tərkibində xüsusilə çox olurlar. Biz ağlamaqla həmən maddələri orqanizmdən kənar edirik. 

Gözümüzdən yaş axdıqca həmin stress hormonları bədəndən çıxır və biz sakitləşirik. Ona görə də ağlayıb qurtarandan sonra insan sanki yenilənir, özünü rahat və təmiz hiss edir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN