Bəzən insanı ağladacaq səbəblər, problemlər, dərdlər yaranar... Boğazın düyümlənər, gözlərin dolar və gözdən axan o yaşlar... Əslində göz yaşları yalnız dərdlərlə yaranmır. Göz yaşları da müxtəlif olur.
Üç tipi mövcuddur: kimyəvi tərkiblərinə görə, Bazal (adi), reflektorlu və emosional göz yaşları. Bazal göz yaşları buynuz qişanın qıcıqlanması nəticəsində yəni toz və bakteriyaların gözə düşdüyü zaman gözümüzdən axan yaşdır.
İkinci tip göz yaşı soğan doğrayarkən gözümüzdən axan yaş, göz yaşardıcı qazdan istifadə olunan zaman gözdən axan göz yaşıdır.
Üçüncü tipə emosional göz yaşlarıdır. Buna aiddir həm neqativhəm də pozitiv emosiyalar zaman gözümüzdən axan yaşlar. Emosional göz yaşı spesifik prolaktin hormon tərkibinə görə digər göz yaşlarından seçilir. Həmdə emosiya nəticəsində yaranan göz yaşları bir başa ürək ilə bağlı olur. Hiss etmisinizsə insan kədərlənən və ya sevinən zaman ağladıqda ürəkdən sızıltının keçdiyini açıq aşkar hiss olunur. Üçüncü tip göz yaşı hətta qəribə iyi ilədə digər göz yaşlarından seçilir.