Gözəl yoxsa çirkin bəxti ...???

0
8014
Gözəl yoxsa çirkin bəxti ...???

 "Sənə çirkin bəxti arzulayıram". Çox güman ki, sizin də belə bir arzu ilə rastlaşdığınız olub. Bunu eşidəndə düşünürsən ki, nə yəni? Gözəl qızların bəxti olmur?! Maraqlı sualdı, elə cavabı da maraqlıdır.


Bu günün əsas problemlərdindən biri - yaxşı, ləyaqətli, gözəl, baxımlı, savadlı xanımların şəxsi həyatının olmaması problemidir. Onlara qarşı diqqət olsa belə, bir çox münasibətlərdə onlar yalnız uduzan tərəf olurlar. Əlbəttə ki, buna dair bir sıra səbəblər mövcüddur. Lakin yayılan və artıq doğrulanan əsas fakt onların özlərinə uyğun qarşı tərəfi tapmamaqlarıdır, bir növ sanki özlərinə layiq bilmirlər.

Sorğu zamanı bir çox xanımlar bu suala məhz belə cavab verdilər: "Biz dükanda özümüzə ayaqqabı seçmirik, buna baxmayaraq bizim təsəvvürlərimiz bütün nümayəndələr üzrə formalaşmış olur. Bu zaman heç bir hisslər yaranmır, sevgi və simpatiya deyilən hiss bizdən tamamilə uzaq düşmüş olur."

Xanımlar taleləri ilə tənha qalmamaları üçün nə etməlidirlər?

1. İlk olaraq münasibət qurmaq istəyirlərsə səmimi və buna hazır olmaq lazımdır. Sadəcə olaraq gözləmək yetərli deyildir, bunun üçün özü də çalışmalı və nəsə etməlidir. Lazim olan və gərəkli situasiyaları xanım məhz özü yaratmalıdır! Xanım nə qədər arzularında, istəklərində açıq davrana bilərsə bir o qədər o nəzərə çarpmış olacaq.
 
2. Yalnız hiss və yalnız ağılı idarə etməməlidirlər. Bu iki hal qarşı tərəfə qarşı hər zaman birləşməlidir. Hərdən isə emosiyalarınıza güvənmək lazımdır. Hər zaman maraq hissini yaşamaq və yaşatmaq və emosiyaları da gizlətmək deyil, məhz bildirmək lazımdır.
 
3. Qarşı tərəfə olan tələblərinizi nəzərdən keçirin.

Nə üçün siz heç kimi bəyənmirsiniz? Ətrafınızda olan kişilərdə hansı çatışmazlıqlar vardır? Bu zaman bəlkə sizin tələbləriniz çox yüksək görünmüş olacaq. Həmin tələbləri yenidən nəzərdən keçirməli olacaqsınız.

Ancaq fakt dəyişməz olaraq qalır. Gözəl qızlar tənhadır, onların bəxtləri üzlərinə gülmür.
Bəlkə də gözəl qızlar daha çox tələb edən, daha çox gözləyən və daha çoxunu istədikləri üçün tənhalıqla üzləşməli olurlar?!

Psixoloqlar isə düşünür ki, bəxt gözəl və çirkin bəxti olaraq ayrılması düzgün deyil. Hər insanın bir alın yazısı var və hər kəs bu yazıya görə yoluna davam edər. Təbii ki, insanların öz seçim və addımları da müstəsna rol oynayır. Bu seçim və narzular insanın gələcəyinə təsir edir. O səbəbdən də seçim qarşısında qalarkən, addım atmağa hazırlaşarkən min ölçüb, bir biçməlisiniz!!!

ŞƏRH YAZIN