Güclü Qadınların Sirri

0
3232
Güclü Qadınların Sirri

Güclü bir qadının edə bilməyəcəyi bir şey yoxdur. Bütün maneələri aşa, bütün çətinliklərə sinə gərə bilər. Hər bir qadın güclü olmağı çox istəyir. Güclü olmaq üçün sərvət sahibi olmaq  lazım deyil. Sən də sevilən, hər kəs tərəfindən təriflə bəhs edilən, özündən əmin və müvəffəqiyyətli bir qadın ola bilərsən. Bunu necə etməliyəm?

Sevilən biri olmağa diqqət göstərin.

Nə qədər yaxşı və anlayışlı davransanız davranın hər kəsin sizi sevməsi təbii ki qeyri-mümkündür. Amma heç olmasa əlinizdən gələnin ən yaxşısını etməlisiniz. Qarşınızdakı adamdan xoşunuz gəlməsə  belə sizə qarşı müsbət duyğular bəsləməsini təmin edə bilərsiniz. Bunu bir oyun olaraq düşünsəniz bəlkə sevmədiyiniz kəslərə yaxşı davranmaq daha asan ola bilər. Xüsusilə iş yerində duyğularınızı bir kənara buraxsanız yaxşı olar. İrəlidə qarşınıza çıxacaq bir iş təklifinə başqası tərəfindən maneə törədilməsini istəmirsinizsə, bəzi vəziyyətlərdə bir maska taxa bilərsiniz. Bu qayda yalnız iş həyatında etibarlı deyil. Şəxsi həyatınızda da ətrafınızdakıların, məsələn, bəyəndiyiniz bir kişiyə qarşı sizin haqqınızda yaxşı danışmasını istəyərsiniz. Sevilən biri olmaq sizə güc verər. Çünki iş ya da şəxsi həyatınızda müvəffəqiyyətli olmaq üçün haqqınızda ediləcək şərhlərin müsbət olması əhəmiyyətlidir. Ətrafınızın geniş olması və istənən biri olmaq sizin daha güclü bir qadın olmanızı təmin edə bilər.

Sirlərinizi hər kəslə paylaşmayın!

Hər kəsin eşitməsini istəmədiyiniz bir problem yaşayırsınızsa ya da bir sirriniz varsa, bunu yalnız dostlarınızla paylaşın, hər kəsə izah etməməyə çalışın. Xüsusilə yoldaş seçərkən, müvəffəqiyyətinizi sorğulayan ya da necə əldə etdiyinizi maraqlananları deyil, sizin xoşbəxtliyinizdən xoşbəxt olan kəsləri yoldaş götürmənizdə faydası var. Əgər sizi ya da başqalarını qısqanan bir yoldaşınız olduğunu düşünürsünüzsə, o adamla əlaqənizdə diqqətli olun. Güclü bir şəxsiyyətə sahib ola bilməniz üçün güclü yoldaşlıqlara da sahib olmanız lazımdır. Sirlərinizi hər kəsə izah etmədiyiniz müddətcə sizi qısqanan kəslərin əlinə fürsət verməmiş olarsınız. Ətrafınızdakılar sirlərini izah etmək istəyərlərsə onları dinləyin ancaq qarşılığında özünüzünküləri onlara vermək məcburiyyətində olmadığınızı bilin.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN