Dünyanın Ən Qəribə Fobiyaları!

0
3395
Dünyanın Ən Qəribə Fobiyaları!

 Hər kəs güclü yaddaşa sahib deyil. Kimisinin hər gün unutduğu bir şeylər olarkən, kimisi illər öncə baş verən ən xırda detalı belə xatırlaya bilir. Bəs bu necə olur? 


Yaddaşınızın nə qədər güclü olacağı, doğulduğunuz andan etibarən genetik kodlarınızda yazılı olsa da, bu kodun üzərində bəzi dəyişikliklər etmək sizin əlinizdədir. 

- Düzgün qidalanın

Yaddaşı gücləndirmək üçün hər qida qrupundan balanslı olaraq istehlak etmək lazımdır. Selenyum, Omega 3, fol turşusu, B6, B12, C və E vitamini kimi antioksidanlar beyindəki zərərli maddələri təmizləyərək, yaddaşa dəstək olur.

- Məşq edin

Həftədə 4 gün, 30-45 dəqiqə ediləcək gediş beyində qan axışını sürətləndirərək zehni funksiyaları gücləndirir. Bununla yanaşı, yeni məlumatlar əldə etmək, bir musiqi aləti çalmaq və oxumaq kimi fəaliyyətlər də zehni məşq etmək mənasını verir. Çünki yeni şeylər öyrənmək, beyində sayı sabit olan neyronlar arasındakı şəbəkələri artıraraq yaddaşı gücləndirir.

- Stress 

Yüngül bir stress, adamın diqqətini artırır, öyrənməsini gücləndirir və sürətləndirir. Halbuki nəzarət edilə bilməyən sıx, xroniki stress diqqətdə azalmaya, konsentrasiya pozuqluğuna və unutqanlığa yol açır.

- Pis vərdişlərdən uzaq olun

Birbaşa damar sisteminə zərər verən siqaret istehlakı, beyin damarları üzərində də mənfi təsirə malik olduğu üçün yaddaşı zəiflədir. Spirt isə eynilə streste olduğu kimi aşağı miqdarı, qan əksinə sürətləndirərək fayda təmin edərkən, çoxu qan yağlarını artırır. 

- Yaxşı yatın

Yaxşı bir zehni performans üçün gündə ən az altı saat yatmaq lazımdır. Uzun davamlı yuxusuzluq çəkənlərin kortizon səviyyəsi yüksəlir. Bu vəziyyət yaddaşı idarə edən sistemləriə mənfi təsir edir.

ŞƏRH YAZIN