Hansına inansaq ... ???

0
3185
Hansına inansaq ... ???

 Atalar sözlərimiz var. Hansı ki, bütün həqiqətləri anladır. "Atalarımız elə düz deyib" deyirik. Amma bir birinə zidd ata sözlərimiz var ki, bəzən hansının doğru hansının yalan olduğunu anlaya bilmirik. Məsələn,


Dama-dama göl olar.
Quyuya su tökməklə quyu dolmaz.

Yaxşı insan sözünün üstünə gələr.
İti an, çomağı hazırla.

Bu günün işini sabaha qoyma.
Tələsən təndirə düşər.

Danışmaq gümüşdüsə, susmaq qızıldır.
Susmaq razılıq əlamətidir.

Düzlük ən böyük biclikdi.
Əyri otur düz danış.
Düz düzdə qalar.

Öyrənmənin yaşı yoxdur.
Qırxında öyrənən, gorunda çalar. 

Ağıl ağıldan üstündür.
Ağlın yolu birdir.

Anasına bax qızını al, kənarına bax bezini al.
Beş barmağın beşi də bir deyil.

Niyyətin hara, mənzilin ora.
Şər deməsən xeyir gəlməz.

Artıq tamah baş yarar.
Çox pul cib deşməz.

Aza qane olmayan toxa çatmaz.
Aza qane olan toxa çatmaz.

Pis günün ömrü az olar.
Dərd gələndə batmanla gələr.

Pul vermə, can ver.
Cana gəlincə, mala gəlsin.

Palaza bürün, el ilə sürün.
El üçün ağlayan göz kor olar.

Taylı tayın tapar.
Armudun yaxşısın ayılar yeyər

Qız yükü, duz yükü.
Qız qalar, qızıla dönər.

Ağıllı fikirləşincə dəli vurdu keçdi.
Yüz ölç, bir biç.

Ad adamı bəzəməz, adam adı bəzəyər.
Adı gözəl olanın özü də gözəl olar.

ŞƏRH YAZIN