İlk krossovka

0
2328
İlk krossovka

Adolf Dassler dedikdə, yəqin ki, çoxlarına bu ad tanış gəlmir.


Amma onun 1920-ci ildə icad etdiyi krossovkalar (qaçış üçün idman ayaqqabıları) bütün dünyada məşhurdur. 1948-ci ildə yaratdığı “Adidas” firmasının adı da, onun ad və soyadı ilə adlandırılmışdır. ( Adolf Dassler – “ Adidas”. Adının və soyadının qisaldılmış forması).

Adolf Dassler özü yeniyetmə vaxtlarından çox ehtiraslı idman həvəskarı və azarkeşi olmuşdur. O, daim idmançılar üçün çox rahat olan bir ayaqqabı hazırlamaq arzusunda idi və nəhayət ki, bu arzusunu reallaşdıra bilmişdir. O, 1920-ci ildə çox yüngül və çox rahat olan idman ayaqqabılarının (krossovkaların) ilk nümunələrini hazırlamışdır və artıq 1923-cü ildə Amsterdam Olimpiadasında bu krossovkalar böyük idmanda bir brendə çevrilmişdi. Hal – hazırda isə “Adidas” firması dünyanın ən məşhur idman geyimləri brendidir. Həm də “Adidas” firması ilk dəfə idman ayaqqabıları buraxmağına baxmayaraq, sonralar müxtəlif idman geyimləri də istehsal etməyə başlamışdır. Artıq neçə onilliklərdir ki, “Adidas” firmasının istehsal etdiyi müxtəlif növ idman geyimləri bütün dünyada bir brend hesab olunur.

Krossovkaların indiki modelləri çox müxtəlifdir. Belə ki,  indiki krossovkaların içərisi çox yüngül xüsusi yaylarla və xüsusi elastik köpüklərlə təchiz olunur. Bu cür krosssovkalar idman yarışları üçün çox rahatdır. Bundan başqa, müasir krossovkalarda sərinləşdirici və qızdırıcı sistemlər, daban və pəncələrin amortizasıyasının tam təmin olunması da nəzərdə tutulub.

Krossovkalar xarici görünüşlərinə görə də çox müxtəlifdir. İlbəil krossovkaların xarici görkəmi dəyişir və yeni formalı krossovkalar, krossovka modelləri çıxır. Belə ki, əvvələr krossovkaların  ancaq qaytanlarla bağlanırdısa, sonralar zəncirbəndlə, yapışanlı, düymə ilə bağlanan krossovkalar buraxılmağa başlandı.

Bir sözlə, müasir dövrümüzdə krossovkalar müxtəlif modelli və müxtəlif texnologoyalarla müxtəlif ölkələrdə kütləvi surətdə istehsal olunur. Amma unutmaq olmaz ki, ilk krossovkanı dünyaya bəxş edən – Adolf Dassler olmuşdur.
 

ŞƏRH YAZIN