İnsan Oğluyla Bağlı Təəccübləndirici Məlumatlar

0
2744
İnsan Oğluyla Bağlı Təəccübləndirici Məlumatlar

İnsan quruluşu ilə bağlı hər gün yeni faktlar üzə çıxır. Hələ də həll edilməyən bir çox sirr varkən, həll edilənlərin də bir çoxu çox təəccübləndiricidir. Məsələn: siz dilinizi şəxsiyyətiniz olaraq istifadə edə biləcəyinizi ya da sümüklərinizin sayını bilirsiniz?

Dil izi
Əgər şəxsiyyətinizi gizlətmək istəsəniz, dilinizi çıxarmayın. Barmaq izinə bənzər şəkildə, hər kəs tək və bənzərsiz bir dil izinə sahibdir.

Sümük sayı
Yetkinlərdə bir körpədən daha az sümük var. Doğulduğumuzda 350 sümüyə sahib oluruq, ancaq inkişaf müddəti boyunca sümüklər əriyib bir-biriylə qaynaşır və yetkin olduğumuzda yalnız 206 sümüyümüz qalır.

Asqırma sürəti
Asqırıq havada saatda 161 km/saat sürətlə gedə bilir. Bu səbəblə asqırınca burnunuz və ağzınızı bağlamalısınız.

Xoruldama
60 yaşlarda, kişilərin yüzdə 60-ı və qadınların yüzdə 40-ı xoruldayır.

Uzun bağırsaqlar
İncə bağırsağın uzunluğu yetkin bir insanın boyunun təxminən 4 qatı uzunluğundadır. Əgər geriyə doğru dönməsəydi, 5-6 metrlik uzunluğu qarın boşluğuna sığmazdı.

Bakteriya
Bu dəri üçün lazımlıdır. İnsan bədənində dərinin hər santimetr kvadratında təxminən 32 milyon bakteriya yaşayır. Bunların böyük bir əksəriyyəti zərərsizdir.

Qoxu xatırlama
Burnumuz itlər qədər həssas deyil, ancaq 50 min fərqli qoxunu xatırlaya bilər.

Saç rəngi və sayı
Sarışınlar daha əyləncəli ola bilər ya da olmaya bilər, ancaq sarışınlar qətiliklə daha çox saça sahibdir. Saç rəngi saçımızın nə qədər çox olduğunu təyin etməmizə köməkçi olur. Buna görə sarışınlar ən üst sırada iştirak edir. Bir insanda ortalama 100 min saç tükü olarkən, sarışınlarda bu ədəd ortalama 146 mindir. Qara saçlı insanlar təxminən 110 min saç telinə sahib, qəhvərəngi saçlı insanlarda isə 100 min saç tükü var. Qırmızı saçlı insanların isə saç tükü daha az təxminən 86 min qədərdir.

Baş ağırlığı
Körpələr doğulduqlarında başlarını tuta bilməzlər. İnsan başı doğulduğunda bədənimizin cəmi uzunluğunun dörddə biri qədərdir. Lakin yetkin olduğumuzda bu nisbət cəmi uzunluğumuzun 8də birinə çatar.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN