İnsanları Manipulasiya Etmək Yolları

0
6967
İnsanları Manipulasiya Etmək Yolları

Yeganə çarə:

Bu texnikanın proseduru "Problem çıxar, reaksiyalarını ölç, kömək istəmələrini təmin et və həll et" şəklindədir.

Estetik əməliyyatı və ya bahalı mübadilələr kimi lazımsız ehtiyacların varlığını insanların üzünə vuran media və standart bir fakt yaratmağa çalışan hökumətlər də bu texnikadan tez-tez istifadə edirlər.

Müttəfiq duruş:

Sizə qarşı çox əsəbi və reaksiyalı olan bir insanın yanında durun və onun gözlərinə baxın.

Beləliklə insanın beynində bir təhdid ünsürü olmaqdan çıxmış və bir müttəfiq ünsürü halına gəlmiş olarsınız.

Şüuraltı manipulyasiya:

Danışarkən özündən əmin bir şəkildə tez-tez başı yuxarıdan aşağıya doğru yelləmək qarşıdakı insanın də təsdiqləmişcəsinə baş bulamağa başlamasına və həmfikir olmasına yol aça bilər.

Çünki insan beynindəki "güzgü neyronları" o adamı empati etməyə sürükləyir və qəribə bir qavrayışa aid mexanizm yarada bilər.

 Ben Franklin təsiri:

Sizdən çox xoşu gəlməyən və ya çox tanımadığınız birinin sizi sevməsini istəyirsinizsə ondan imtina etməyəcəyi bir yaxşılıq istəyin.

Həmsöhbətiniz bir yaxşılıq edərək sizinlə olan əlaqəsinə investisiya qoymuş olacağı üçün yaxşılıq etmiş olmasından ötrü sizi sevmiş olması lazım olduğu fikrini mənimsəməyə və sizi daha çox düşünməyə başlayar.

Buna Ben Franklin təsiri deyilir.

Daha çoxu:

Əgər eqoist bir insandan bir şey əldə etməyiniz lazım olsa, əvvəl çox kiçik bir yaxşılıq istəyin, yox cavabını alandan sonra isə əsl ehtiyacınız olan yaxşılığı xahiş edin.

Birinci yaxşılıqdan sonra ikinci yaxşılıq daha məqbul gələcəkdir və sizi bir daha rədd etməkdən günah hissi keçirəcəklər.

Suyuna getmək:

İnsanların sizin təkliflərinizi dinləməsini istəyirsinizsə dahi şəxsiyyətlərin aforizmlərini oxuyun.

Zəkalı insanlar daima tanınmış şəxslərin aforizmlərini oxuyur və yerində işlədərək həmsöhbətləri ilə eyni fikirdə olduğunu nümayiş etdirərlər.

Qorxut və rahatlaşdır:

Amansız manipulyatorlar dinləyicilərini əvvəl qorxudurlar və sonra onları sakitləşdirirlər. Şok təsiri keçirən adamlar yaxşıca keyiyir və hər cür təklifə açıq hala gəlirlər.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN