Kainat haqqında bilmədiyimiz faktlar

0
4648
Kainat haqqında bilmədiyimiz faktlar

Kainat haqqında bilmədiyimiz bəlkə milyonlarla, hətta daha çox həqiqət var. Milyardlarla ildən bəri sərhədlərini tamamilə öyrənmədiyimiz, bəlkə də heç vaxt öyrənə bilməyəcəyimiz bu sonsuz müstəvidə davamlı bir təkamül prosesi yaşanır. Təkcə bir planetdə yaşayan insan üçün kəşf edilməsi çox uzun zaman tələb edən kainatın ölçülərini rəqəmlərlə ölçmək bir çox baxımdan qeyri-mümkün gələ bilər. Ancaq sonsuzluq kimi anladığımız kosmosu əslində çox kiçik sərhədlərə sığdıra biləcəyimiz kimi başa düşülməsi çox çətin görünən kainatı da asanlıqla təyin edə bilərik. Bunu aşağıdakı 12 inanılmaz faktla sizə təqdim edirik:

 
1. Bütün insanlar bir şəkər kürəsinin həcminə sığa bilər.  Bunun səbəbi maddənin inanılmayacaq dərəcədə boş olmasıdır. Maddənin ən fundamental quruluşunu təşkil edən atom kürəcikləri Günəş sisteminin miniatürü kimidir. Atomun nüvəsi ətrafındakı elektronlar günəşin orbitində hərəkət edən planetlərə bənzəyir. Mərkəzdəki nüvə elektronların orbitlərinə müqayisədə çox kiçikdir. Bu da bu mənanı verir: Əgər dünyadakı bütün insanlarda olan atomlardakı boşluqları çıxarsaq, yerdə qalan maddəni bir şəkər kürəciyinə sığdıra bilərik. Çünki siz və digər bütün insanların yüzdə 99.9999999999-u boşluqdan meydana gəlir.
 
2. Əgər Günəş banandan yaradılsaydı, eyni istiliyi verərdi Günəşin istiliyi tərkibindəki bir çox maddədən qaynaqlanmaqdadır. Günəş mərkəzinə çəkdiyi maddələri burada sıxaraq təxminən 15 milyon dərəcədə isidir. Bu nöqtədə əhəmiyyətli olan odur ki, növündən və tərkibindən asılı olmayaraq bütün növ maddələr həll olunaraq “plazma” adlandırdığımız maddəyə çevrilir. Qısası, Günəşin tam olaraq niyə meydana gəldiyi o qədər də əhəmiyyətli deyil. Gerçəkdə günəş tərkibi hidrogen olan katrilyonlarca ton qazdan ibarətdir. Digər tərəfdən, əgər katrilyonlarca ton bananı bir araya gətirə bilsəniz, Günəşlə eyni istilikdə olan bir sıxlıq əmələ gətirmiş olarsınız. Ancaq bananlar günəş kimi davamlı istiliyini qoruya bilməz.
 
3. Kainatın yüzdə 98-i görünməzdir Kainatın kütləsinin yalnız yüzdə 4-ü insanları, ulduzları və planetləri meydana gətirən atomlardan yaranıb. İnsanlar isə hələ bu kütlənin yalnız yarısını görə bilmək gücündədir. Kainatın yüzdə 23-ü isə əsrarəngiz “qaranlıq maddə”dən meydana gəlir. Qaranlıq maddənin varlığını ehtimal etdiyimiz planetlərə görə onların meydana gətirdiyi cazibə qüvvəsi sayəsində bilirik.
 
4. Kainatın yüzdə 73-ü qaranlıq enerjidən meydana gəlir Hələ 1998-ci ildə kəşf edilən bu enerji bütün kosmosda yayılıb və əks təsir qüvvəsinə malikdir. Əgər elmə məlum olmayan qalan yüzdə 98-lik bilinməyən sahənin nə olduğunu kəşf etsəniz, böyük ehtimalla Nobel mMükafatı alacaqsınız.
 
5. Dünyaya bu gün düşən gün işıqları 30 min il yaşındadır Gün işığı Günəşin mərkəzində meydana gələn nüvə reaksiyaları sayəsində meydana gəlir. Ancaq Günəş o qədər yüksək bir sıxlığa sahibdir ki, gün işığının Günəşin mərkəzindən çıxaraq kosmos boşluğuna çatması 30 min il vaxt aparır.
 
6. Günəş şüaları önünə heç bir maneə çıxmadan bir düz xətt boyunca irəliləsəydi, Yer kürəsinə 2 saniyə ərzində çatardı.  Ancaq gün işığı o qədər ağır və ziqzaqlı bir yol keçir ki, dünyaya çatması üçün təxminən 30 min il vaxt sərf edir. Yəni, bu gün başınıza düşən gün işıqları əslində Buz dövründən qalma günəş şüalarıdır.
 
7. Aşagı qatda oturanlar ən üst mərtəbədə oturanlarla müqayisədə daha gec yaşlanır. Bu, Eynşteynin cazibə nəzəriyyəsi ilə əlaqəli bir mövzudur. Eynşteynin nəzəriyyəsinə görə, zaman güclü cazibə sahəsində daha yavaş irəliləyir. Bir binanın aşağı mərtəbəsində olarkən təbii olaraq ən üst qatda olan bir insanla müqayisədə dünyanın mərkəzinə daha yaxın olarsınız. Bu da daha çox cazibə qüvvəsinin təsiri ilə əlaqlədir. Nəticədə daha gec yaşlanacaqsınız. Təbii ki, bu çox kiçik bir təsirdir. Yəni gənc qalmaq üçün aşağı qatlarda bir ev axtarmaq məcburiyyətində deyilsiniz.  
 
8. Zaman səfəri fizika qanunları ilə bağlı deyil Eynşteynin cazibə nəzəriyyəsinə görə, zaman səfəri prinsip olaraq mümkün görünür. Fiziklər yarım əsrdən çox müddətdir ki, zaman səfərinin mümkün olmadığını göstərməyə çalışır. Ancaq bu vaxta qədər nəticə əldə edə bilməyiblər. Məşhur fizik Stefen Havkinq bu ziddiyyəti ortadan qaldıracaq bir fizika qanununun hələ olmadığına sübut gətirərək, fikrini belə ifadə edir: "Gələcəkdən gələn ziyarətçilər bəs hardadır?”.
 
9. Televiziya kanallarını dəyişdirərkən bir televiziyanın çıxardığı statik elektrikin yüzdə 1-i “Böyük Partlayış”a aiddir Kainat “Böyük Partlayış” adlandırdığımız bir atəş topunun içində yarandı və atəş topunun çıxardığı istilik o gündən bu yana gedəcək bir yer tapa bilmədi. Kainatda sıxılan istilik bu gün hələ də ətrafımızdadır. Təbii ki, bu istilik kainatın genişlənməkdə olduğu son 13.7 milyard ildə əhəmiyyətli dərəcədə enib. Buna görə də bu istilik artıq gözlə görülə bilən işıq halında deyil, sadəcə, mikrodalğalar halında televiziya antenlerinin ətrafında toplanır.
 
10. 1 milyon kainatı əhatə edəcək məlumatı 1 GB həcmində fləş diskə yerləşdirmək mümkündür Bu inanılması qeyri-mümkün olan güc nəzəriyyəsinin gerçək olmasının səbəbi kosmik kainatın sahib olduğu quruluşdan qaynaqlanır. Kainat fiziki kosmologiya daxilində sürətli genişlənməyə məruz qalaraq, şişmiş bir maddə kimidir. İstər inanın, istər inanmayın, 1 GB həcmində fləş diskə 1 milyon kainatı əhatə edəcək məlumatı yerləşdirmək olar.  
 
11. Sizcə, Merlin Monro ilə kosmosun bu gün necə bir əlaqəsi ola bilər?  Aldığınız hər nəfəs Merlin Monronun verdiyi nəfəsdən bir atom ehtiva edir. Bunun səbəbi atomların çox kiçik olmasıdır. Monronun verdiyi hər nəfəsdə ağciyərlərindən çıxan atomlar atmosferə bərabər olaraq dağılır. Bu səbəbdən də ötəri aldığımız hər nəfəsin Monronun və ya Abraham Linkolnun, ya da digər bir insanın nəfəsindən gələn bir atomu ehtiva etdiyini söyləyə bilərik.
 
12. Kainatın hansısa bir nöqtəsində sonsuz sayda siz varsınız Bu kosmologiyanın kiçik bir sirridir. Bunu elm adamlarının sizə izah etmək istəməməsinin səbəbi isə utandırıcı olmasıdır. Ancaq kainatın quruluşu ilə fizika qanunları bir araya gəldiyi zaman ortaya çıxan “Quantum nəzəriyyəsi” kainatın elmə məlum olmayan hər hansı bir nöqtəsində sonsuz dəfə təkrarlandığı bir sahə olduğunu üzə çıxarır.
 

ŞƏRH YAZIN