Koko Şanelin məşhur fikirləri

0
6350
Koko Şanelin məşhur fikirləri

O sadəcə öz firma aksessuarlarıyla və ətriyyatları ilə yox, həm də həyat və dəb haqqında maraqlı frazaları ilə məşhurlaşmışdı.

 
1. Əvəzolunmaz olmaq üçün həmişə fərqli olmaq lazımdır.
 
2. Dəb sadəcə geyimin sualı deyil. Dəb havada uçur, külək onu gətirir.
 
3. Təbiət sizə 20 və ya 30 yaşınızdakı simanızı verir. Lakin 50 yaşınızda sahib olduğunuz sima sizin layiq olduğunuzdur.
 
4. Dəb keçir, stil qalır.
 
5. Gənc qadın məndən “Ətirdən harada istifadə etmək lazımdır?” deyə soruşdu. Mən isə “Harada ki, ərinizin sizi öpməyini istəyirsiniz” cavabını verdim.
 
6. Gözəlliyin qayğısına qalmağa ruhdan başlamaq lazımdır. Əlavə heç bir kosmetik vasitənin köməyi olmayacaq.
 
7. Pis geyinsəniz sizin geyiminiz hamının yadında qalacaq. Qüsursuz geyinsəniz sizi yadda saxlayacaqlar.
 
8. Mən anlamıram ki, bir qadın səliqəli geyinmədən necə evdən çıxa bilər?! Bəlkə həmin gün sizin taleyinizdə dönüş nöqtəsi olacaq...
 
9. Sıxıntı və monotonluq üçün vaxt yoxdur. İş üçün, sevgi üçün vaxt var.
 
10. Zəriflik gənclərin müstəsna hüququdur.
 
11. Əgər insan bütün qadınlar haqqında pis danışırsa, deməli, hansısa qadın onu incidib.
 
12. Bəzi insanlar düşünürlər ki, ləl-cəvahirat yoxsulluğu göstərir. Xeyr, bu, ədəbsizliyin göstəricisidir.
 
13. Dizaynerlər geyimin içindəki qadınları unudublar. Qadınların əksəriyyəti kişilər üçün geyinir və onlara heyran olmağı istəyir. Amma onlar paltarlarını cırmadan hərəkət etməli, maşına əyləşməlidir. Yəni geyim təbii olmalıdır.
 

ŞƏRH YAZIN