Mark Zukerberqin həyatını dəyişən kitablar

0
7119
Mark Zukerberqin həyatını dəyişən kitablar

 Dünyanın ən böyük sosial şəbəkəsi sayılan Facebookun qurucusu Mark Zukerberq fərdi inkişaf səyahətində həyatının istiqamətini dəyişdirən və onu müvəffəqiyyətə aparan kitabları sizlərin də oxumasını təklif edir.


Sosial media nəhəngi Facebookun qurucusu Mark Zukerberq fərqli mədəniyyətlər, inanclar, keçmişlər və texnologiyalara işıq tutan favorit 14 kitabını fərdi Facebook hesabından paylaşıb.

Zukerberqin hər kəsin oxumasını tövsiyə etdiyi 14 kitab bunlardır:

1. "THE MUQADDIMAH"

Müsəlman tarixçi İbn-i Haldun tərəfindən yazılan və 1377-ci ildə nəşr olunan "The Muqaddimah" (Müqəddimə) tarix, iqtisadiyyat, sosiologiya və siyasət kimi bir çox ictimai elm üçün təməl təşkil edən fikirləri içində saxlayır.

2. "THE NEW JIM CROW"

Amerika hüquq professoru Mişel Aleksandr tərəfindən yazılmış olan "The New Jim Crow"da (Yeni Jim Crow) narkotik savaşı kimi mövzular qələmə alınıb.

3. "THE END OF POWER"

Libyalı köşə yazarı Moises Naimin "The End of Power" (Gücün Sonu) adlı kitabında şərqdən qərbə, şimaldan cənuba iqtidarları ələ alınıb və bu gün iqtidarda olanların hər zamankindən daha çox itirmə riskinin olduğu qeyd olunub.

4. "CREATIVITY INC."

Pixar Animasiya Studiyolarının qurucusu Amerikalı Eduin Catmullun yazdığı "Creativity Inc." (Yaradıcılıq AŞ.) adlı kitabda yaradıcı düşünmə sistemi, rəhbərlik, sahibkarlıq kimi mövzulardan bəhs edilir.

5. "THE BETTER ANGELS OF OUR NATURE"

Amerikalı psixoloq Stiven Pinker tərəfindən yazılan "The Better Angels of Our Nature"da Təbiətimizin Yaxşı Mələkləri) cinayət və terrorizm mövzusundan yola çıxılaraq insan təbiəti analiz edilir.

6. "ON immunity"

Amerikalı yazar Eula Biss tarafınfan qələmə alınan "On Immunity" adlı kitabda insan sağlamlığı üçün əhəmiyyətli olan aşılardan yola çıxılır və sağlamlıqla əlaqədar əhəmiyyətli görüşlərə yer verilir.

7. "THE PLAYER OF GAMES"

Skoç yazaıçı Lain Banks tərəfindən qələmə alınan "The Player of Games" (Oyunların Oyunçusu) adlı kitabda irəli texnologiyaya sahib "hiper" mədəniyyətlərdə ehtiyac və qabiliyyətlərin nəyə bənzəyəcəyi araşdırılıb.

8. "GANG LEADER FOR A DAY"

Hindistanlı sosiologiya professoru Sudhir Venkatesh tərəfindən qələmə alınan "Gang Leader for a Day"də (Bir Günlük Şəbəkə lideri) Amerikanın ən zəngin şəhərlərindən olan Çikaqonun gerçək üzünü ortaya qoyan bir sosialoji təcrübəyə yer verilir.

9. "THE structure of SCIENTIFIC Revolutions"

Amerikalı, fizikaçı, tarixçi və elm fəlsəfəçisi Tomas Samuel Kuhn tərəfindən qələmə alınan "The Structure of Scientific Revolutions" (Elmi İnqilabların Quruluşu) həm akademik ictimaiyyətdə, həm də məşhur elm sahəsində böyük təsir yaradan 'paradiqma dəyişikliyi'nin konseptuallaşdırılmasından danışılır.

10. "ORWELL'S REVENGE"

Manhattan İnstitutunun qocaman üzvü, Kanadalı yazıçı və araşdırmaçı Peter Huber tərəfindən qələmə alınan "Orwell's Revenge" (Oruelin İntiqamı) İngilis yazar Corc Orwell'in böyük təsir yaradan 1984 adlı romanının 'qeyri-rəsmi davamı'dır.

11. "ENERGY: A BEGINNER'S GUIDE"

Çex-Kanadalı elm adamı və siyasət analitiki Vatslav Smil tərəfindən qələmə alınan "Energy: A Beginner's Guide" (Enerji: Yeni Başlayanların Bələdçisi) enerjinin tərifiylə başlayır və ətrafın dostu olacaq yanacaqlar yaratmaq üçün axtarışlarla davam edir.

12. "DEALING WITH CHINA"

Amerikanın köhnə Maliyyə naziri Henri Paulson tərəfindən qələmə alınan "Dealing with China" yəni (Çinlə Başa Çıxmaq) adlı kitabda Çinin dünyadakı iqtisadi yüksəlişi, qlobal təsiri araşdırılıb.

13. "Rational ritual"

Kalifornia Universitetində (UCLA) dərslər verən Michael Suk Young Chwe imzalı "Rational Ritual"da (Səmərəli Mərasim) mədəniyyət, koordinasiya və ortaq məlumat mövzuları ələ alınır.

14. "SAPİENS"

Oxford Universiteti professoru Yuval Hararinin yazdığı "Sapiens"də insanlıq təkamülünün tarixinə işıq tutulur.

ŞƏRH YAZIN