Məktəbdə Öyrəndiyimiz 10 Yalnış Bilgi

0
10487
Məktəbdə Öyrəndiyimiz 10 Yalnış Bilgi

№ 1 - İnsan meymundan əmələ gəlmişdir.

Darvin əslində bunu demək istəməyib, onun sözləri səhv şərh olunmuşdur. Onun söylədiyi fikir isə belə idi: uzun illər əvvəl insan, meymun və şimpanzelərin bir-birinə oxşarlığı olub.
 
№ 2 - Dilin müxtəlif bölümləri fərqli dadları təsbit edir.
Dil üzərində fərqli dad tumurcuqları vardır və bəziləri digərlərindən daha hissiyatlıdır. Amma bir-birlərindən tamamilə fərqlənmirlər.
 
№ 3 - Vikinqlərin buynuzları var.
Vikinqlərin məzarları qazılarkən onların buynuzlarının olduğu iddia edildi.
 
№ 4 - Kolumb dünyanın düz olduğuna inanmışdır.
Məşhur səyyah Xristofor Kolumb dünyanın nə qədər böyük olduğunu bilmirdi, amma onu çox kiçik də hesab etmirdi.
 
№ 5 - Su fərqli yarım kürələrdə fərqli istiqamətdə axır.
Hər iki yarım kürədə də su yer kürəsinin istiqamətində axır.
 
№ 6 - Lemminglər intihar etmək üçün kütləvi olaraq özlərini qayalıqlardan atırlar.
Bu səhv məlumatdır. Şimali Amerika və Avrasiyanın dağları ilə qütbə yaxın bölgələrində yaşayan, siçana bənzər kiçik gəmirici məməlilər olan lemminglərin yemək tapmaqda çətinlik çəkdiyi üçün yüksək bir yerdən suya atladıqlarını deyirlər. Amma bu kütləvi intihar deyil.
 
№ 7 - Tomas Edison lampanı icad etdi.
Bütün zamanların ən məşhur ixtiraçılarından biri olan Edison bir çox şey icad etdi, amma əslində lampa onlardan biri deyildi. Onun etdiyi tək şey İngilis Joseph Swanın ilk olaraq ortaya atdığı lampa fikrini inkişaf etdirmək idi.
 
№ 8 - Napoleon qısa boylu idi.
Napoleon heç də çox qısa boylu hesab olunmurdu, onun boyu 170 sm idi. 
 
№ 9 - Siçanlar pendiri sevir.
Siçanlar əslində fıstıq, fındıq və şəkərli yeməklər sevirlər. Onlar üçün şirin bir şey pendirdən daha üstündür.
 
№ 10 - Enşteyn məktəbdə pis qiymətlər alırdı.
Kim bilər neçə nəsil uşağa Nobel mükafatlı fizikaçının məktəbdə müvəffəqiyyətsiz olduğu söylənilmişdir. Eynşteyn əslində yaxşı oxuyan bir şagird idi, xüsusilə də fizika və riyaziyyat dərslərində.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN