Meril Stripin Həyat Fəlsəfəsindən ...

0
2971
Meril Stripin Həyat Fəlsəfəsindən ...

Meril Strip ABŞ-ın məşhur aktrisalarından sayılır. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi olub. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. Bir çox filmlərdə və fərqli rollarda çəkilən aktrisanın Hollivudun məşhurlar səkisində bir ulduzu var. Demokrat partiyasının üzvüdür. 2001-ci ildə Norveçdəki Nobel Sülh Mükafatının aparıcılığını edib. Aktrisa bir çox tənqidçi tərəfindən ən yaxşı aktrisa sayılır. Onun müxtəlif dilləri mükəmməl şəkildə danışmaq bacarığı var. Onun həyat prisniplərini sizə təqdim edirik:  
Dünya ziddiyyətlərlə doludur, müxtəlifdir. Buna görə də sərt xarakterli insanlardan çəkinirəm.
Mən dostluqda xəyanətə və səhvə nifrət edirəm. İlham verməyi bacarmayan, kinli, bacarıqsız insanlarla yola gedə bilmərəm. Heç onları heyvanlar da sevmir.
Mən bundan artığını istəmirəm. Ona görə yox ki, lovğayam və ya özümü elə göstərirəm. Sadəcə olaraq həyatımın müəyyən mərhələsinə çatmışam.
Mən artıq həyasızlığa dözmürəm, həddən artıq tənqidi, sərt tələbləri qəbul etmirəm. Kimisə təmin etmək fikrim yoxdur artıq. Kimin xoşuna gəlmirəmsə, onları məni sevməsin. Mən onlara sadəcə gülümsəyirəm. Onlar isə bunu bacarmır.
Mən onlara bir saniyəmi belə həsr etmirəm. Kimlərə? O insanlara ki, onlar mənə yalan danışır və ya buna çalışır.
Mən qeyri-səmimi, ikiüzlü, yalan, ucuz, qeyri-səmimi təriflərin içərisində olmayacağam. Qismən zərər çəkməyəcəyəm.
Mən dedi-qodularla beynimi yomayacağam. Münaqişələr və müqayisələrə dözə bilmərəm.
Və bəli, bir də qeyd edirəm, mənim səbrimi daşıran insanların həyatımda yeri yoxdur.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN