Nəcib Fazil Qısakürəkdən qızıl cümlələr

0
6194
Nəcib Fazil Qısakürəkdən qızıl cümlələr

 Tam 30 il saatım işləmiş, mən dayanmışam, səmadan xəbərsiz uçurtma uçurtmuşam. 


Qalacaq kim var ki, dost-tanışından, "O" var sənə daha yaxın şah damarından.

Özündən keçmək iman, özündə olmaq küfrdür. 

Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər. 
 
Qadın qəbirstanlığa girərkən başını qapayır, çölə çıxarkən çıxarır. Ölüyə qarşı bağlayıb, diriyə qarşı açmaq ağla sığmazdır. 
 
Allahım, bizi həm əfv, həm adam et.

Allah dostu odur ki, nəfsinə tək pay biçməz. 40 il bir turş ayranı, darıxsa da, içməz. 

Ağıldan böyük nemət, zəkadan da ağır yük tanımıram.

Allah iztirabını çəkdirmədiyi şeyin nemətini verməz.

Adam olmaq gender məsələsi deyil, şəxsiyyət məsələsidir.

Bir ürəyim var ki, mənim, sevdiyindən göynəyir. 

Bu gedişlə utanmaqdan utanan bir nəsil gələcək. 

Bir hadisəni düşünə bilmək üçün filosof olmaqdan başqa çarə görməmək, düşünmə haqqından imtina deyilmi?

Mən xəritədə dəniz görmüş boğulmuş... 9 kəndin sahibi 9 kənddən qovulmuş... 

Bir "sağ ol"a sığdırdı məni, yerə göyə sığdıra bilmədiyim.

Bu həyatı çox ciddi qəbul etməyin, necə olsa içindən sağ çıxa bilməyəcəksiniz. 

Dağı tanıyan, necə tanımaz uçurumu? Madam ki, yüksəliş var, eniş olmaz olarmı heç?

Mən keçmişimi qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq pişiklər və itlər qarışdırar.

Fikir bəsləyər, siyasət öldürər. Siyasət fikrin özü deyil; ifadəsidir. 

Ürəyimi və ağlımı həmişə sağ əlimə verdim. Vəzifəsi olmasaydı, sol əlimi qopardardıq. 

ŞƏRH YAZIN