Niyə ailə büdcəsi?

0
3763
Niyə ailə büdcəsi?

Elə adam tapılmaz ki, analiz üçün qan verməmiş olsun. Amma, əksəriyyət fikir verməyib ki, niyə həmişə analiz üçün qanı “adsız” barmaqdan götürürlər.


Çünki bu daha ağrısız və daha təhlükəsizdir (infeksiya baxımından).

Yalnız bununla bitmir, digər səbəblər də vardır: belə ki, digər barmaqlara nisbətən, “adsız” barmaqda tük örtüyü yoxdur (yaxud da çox az olur), iynə batırmaq üçün barmağın “yastıqcığı” çox əlverişlidir, xırda qan damarcıqları çoxdur, dərisi çox nazik və elastikdir, çox asan sıxmaq olur. Əsəb, ağrıverici və həssas nöqtələr çox azdır. Ən əsası isə “adsız” barmaq çox asan dezinfeksiya olunur, infeksiyaya həssas və meyilli deyildir.

“Adsız” barmaq digər barmaqlara nisbətən biləklə çox az əlaqəlidir. Belə ki, digər barmaqları bir azca incidən kimi, ağrı biləyə vurur və baqmaqdakı ağrı uzun sürür. Amma “ adsız” barmaqda bu heç də belə deyildir. “Adsız” barmağa əgər infeksiya keçərsə belə, iltihab zamanı ağrılar ancaq barmağın ucunda olur. Digər barmaqlarda isə bu cür ağrılar  bütün biləyi əhatə edir.

Digər barmaqlara nisbətən, tibbi nöqteyi-nəzərindən “adsız” barmağın müsbət tərəfləri çox olduğu üçün analiz adətən “adsız” barmaqdan götürülür.
 

ŞƏRH YAZIN