Əsl Lider Odur!

0
2607
Əsl Lider Odur!

Bəzən zənglərə cavab verə bilmirik . Bu zaman bizim köməyimizə mesaj xidməti gəlir.Mesaj müasir zamanda istifadəçilərin imtina edə bilmədikləri bir vasitədir,amma keşkə bu 160 sinvol məhdudiyyəti olmayaydı.Sırf buna görə bir çox istifadəçi qısaltmalardan istifadə etmək məcburiyyətində qalır,amma nəyə görə mesaj 160 simvol ilə məhdudlaşdırılıb? Niyə 140 və ya 260 yox məhz 160 simvoldur?

Bunun səbəbinin texniki bir zərurət olduqunu düşünmək olar,lakin ,əslində, isə belə deyil.Bu məhdudlaşdırmanınlı hər hansı bir texniki səbəbi yoxdur.Bunun butun səbəbi Friedham Hillebrandın adı ilə baqlıdır.
 
1985-ci ildə rabitə tədqiqatçısı olan Friedham Hillebrand və bir neçə həmkarının əhəmiyyətli bir vəzifəsi vardı.Vəzifələri daşına bilən telefonların göstərə biləcəkləri mətn əsaslı masajlar ilə əlaqədar standartlar təyin etmək idi.Hillebrand bir mesajın ən çox necə xarakter ehtiva edə biləcəyinə qərar verməli idi.Aparatın başına oturub yazmaqa başladı...
İnsanların bir mesajda yazacaqları ehtimal olunan təsadüfi qeydləri və sualları yazaraq bütün bir kağızı doldurdu.Sonra bu qeydlərin hamsını oxudu.Görünüşə görə 160 simvol hər bir istifadəçi üçün yetərli olacaqdı və o gündən 1 mesajda 160 simvol standart olaraq qəbul olundu. 
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN