Notlar Necə Yarandı?

0
8163
Notlar Necə Yarandı?

Musiqi insanın ruhunu oxşayan vasitə sayılır. Musiqini yaradan da notlardır. Bəs notlar necə yaranıb? Pifaqorun musiqinin içindəki riyaziyyatı bir dəmirçi dükanının qarşısından keçərkən kəşf etdiyi rəvayət edilir.

Dəmirçi ustasının dəmir döyərkən istifadə etdiyi alətlərə görə dəyişik səslər çıxarması Pifaqorun marağını çəkmiş, dükanı bağlatdıraraq ustaya müxtəlif alətlər istifadə etdirmiş, çıxan səsləri araşdırmış və qeydlər götürmüş.

Qərb musiqisi IX əsrin əvvəllərinə qədər notalardan xəbərsiz idi. Əsərlər qulaq yoluyla nəsildən nəsilə köçürülür, bu vaxt dəyişməyə uğrayır, zamanla unudula bilirdi. IX əsrin ikinci yarısında ilk notalama sistemi ortaya çıxdı.

Arezzolu Guidonun Guid Arezzo notalama sisteminin səslərin yüksəkliyini qəti olaraq ifadə etməyə başlamasıyla böyük bir irəliləmə qeyd edildi. XI əsrdə notların üzərinə düzüldüyü beş xəttdən ibarət yaranan portenin istifadə edilməsiylə notların yüksəkliyi do, re, mi, fa, sol, lya, si və müddəti birlik, ikilik, dördlük kimi qəti şəkildə təyin oluna bilər hala gəldi.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN