O tiplər qadınların dostudur

0
2701
O tiplər qadınların dostudur

Qadınların ehtiyacı olan 5 dost tipini sizə təqdim edirik:

 
Dinləyici:
 
Sizi mühakimə etmədən dinləyən dost hər zaman ətrafınızda ehtiyac duyacağınız bir tipdir. Əsəbi olduqda və ya ağlama anında yanınızda olacaq bu dostunuzla yaxşı davranın.

Problemlərinizə fərqli tərəfdən baxa bilən, sizi başa düşən və çarə tapmaqda sizə kömək edən dostunuz çətin günlərinizdə dəstəkçiniz olacaq.

Mərhəmətsiz və Dürüst:

Yeni oğlan dostunuz ilə əlaqəli və ya geyindiyiniz patlar ilə əlaqəli sizi cəsurca tənqid edə bilər və sözünü əsirgəməz.

Kilo aldığınız və ya bəzi vaxtlarda dözülməz bir insan olduğunuzu ancaq bu dostunuz üzünüzə vura bilər.

Moda düşkünü

İştirak edəcəyiniz dəvətə geyinəcəyiniz patlardan aksesuara qədər sizin üçün baş yorar, ilk görüşünüzdə geyinəcəklərinizi də sizin üçün seçər.

Fərqli bir saç modelini sınamaq istədiyinizdə və ya alış-verişə çıxdığınızda yanınızda olar.

Pəhriz dostu:

Siz pəhriz saxlayanda sizinlə bərabər pəhriz saxlayıb sizi motivasiya edən dostunuz ən ehtiyacınız olan insanlardandır. Sizinlə fitnes salonuna da gələr, çölə çıxarkən sizinlə salat da yeyər.

Dişi:

Xəstə olduğunuzda qəbul etdiyiniz dərmandan supa qədər sizə kömək edər, başınızın üstündən ayrılmaz. Siz düzəlib yaxşılaşana qədər sizinlə birlikdə olar.

ŞƏRH YAZIN