Onlar Fərqli Düşünür

0
1943
Onlar Fərqli Düşünür

Kişilər və qadınlar arasında fərqləri araşdıran tədqiqatçılar yenə maraqlı nəticə əldə ediblər. Onların qənaətinə görə kişilərin zehni qadınların zehnindən daha fərqli işləyir. Bunun necə olduğunu bilmək sizin üçün işləri asanlaşdıracaq.

Adətən onlar tək istiqamətli, qadınlar isə çox istiqamətli düşünür.

Kişilər qadınlardan fərqli olaraq, etdikləri hər şeydə yalnız bir şey düşünərlər. Qadınlar isə eyni anda bir çox şey haqqında düşünür.

Kişilər problemlərini həll etmək istədikləri zaman bunu sözlərlə bildirməzlər. Kişilər düşünmə işini şifahi deyil, fotoqrafik olaraq həll edərlər. Yəni qadınlardan fərqli olaraq, görəcəkləri işin beyinlərində fotosunu yaradıb işə başlarlar.

Heç bir şey düşünməməyi bacara bilərlər. Kişilər ''Nə düşünürsən?'' - sualına ''Heç bir şey'' - dedikləri zaman bu doğrudur. Kişilər, qadınların əksinə heç bir şey düşünmədən dayana bilərlər.

Məntiqləri güclüdür. Qadınlar problemlərə romantik olaraq yanaşır və bütün duyğuları yaşadıqları problemlə əlaqəlidir. Kişilərin isə bir problemi həll etmə ehtiyacı onun bütün hisslərini, duyğularını bağlaya bilər. 

Daha yavaş düşünərlər. Qadınlar duyğularıyla davamlı ünsiyyət halında olduqları üçün hər problemi sürətli düşünə bilər və dərhal həll edə bilər. Kişilərdə isə bunun əksidir. Bir qərar verməzdən əvvəl düşünməyə və bütün variantları nəzərdən keçirməyə ehtiyac duyarlar. 

Daha qabiliyyətlidirlər. Kişilərin vəziyyəti dəqiq və həqiqətə söykənən görmə qabiliyyətləri vardır. Qadınlar da bunu edə bilərlər, amma onlarınkı duyğularını paylaşdırmaqdır. Kişilər isə düşüncələrini bir kənara qoyub müşahidə etmə qabiliyyətinə sahibdirlər.

Nəticə olaraq, qadınlar və kişilər bir-birlərindən fərqlidirlər. Əhəmiyyətli olan bunun fərqində olmaqdır!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN