Onlar kişilər üçün təhlükədir!

0
2894
Onlar kişilər üçün təhlükədir!

 Qadın böyük qüvvədir, boşuna deyilməyib. Hələ ki, bu qadın gözəl, eyni zaman ağıllıdırsa o zaman kişi üçün əməlli başlı təhlükə var deyə bilərik. 


Dünya təbabət elmi hər şeyi bir kənara buraxıb və sanki başqa işi gücü yoxmuş kimi gözəllərin insana, yəqin ki, daha çox kişi orqanizminə təsirini araşdırıb. Amma bu araşdırma maraqlı bir faktı üzə çıxardıb.

İspan alimləri deyirlər ki, gözəl qadınlarla ünsiyyətdə olmaq kişilər üçün çox təhlükəlidir. Hətta spirtli içkilərdən və narkotikadan da təhlükəlidir.

Gözəl qadınların əhatəsində olan kişi orqanizmində çoxlu sayda stress yaradan hormonlar baş qaldırır. Bu da həmin orqanizmdə maddələr mübadiləsinin pozulmasına, cinsi zəifliyə və ürəkdə problemlər yaranmasına gətirib çıxarır.

Tədqiqat üçün kişi kollektivinə bir gözəl qadın işə götürülüb. Həmin qadınla yaxın məsafədə əyləşən kişilərdə dərhal stress yaradan hormonlar yüksəlib.

Qadın otaqdan çıxan kimi vəziyyət normallaşıb. Sübut olunub ki, gözəl qadının kişi cəmiyyətində beş dəqiqə olması kifayətdir ki, kişinin vəziyyəti paraşütlə tullanan kəsin yaşadığı stressə bərabər olsun.

London akademiyasının professoru Satoşi Kanazava isə sübut edib ki, gözəl üstəgəl ağıllı qadın kişilər üçün ikiqat stressdir. Satoşi onu da sübut edib ki, gözəl qızlar eyni zamanda həm də ağıllı olurlar. Sonuncu bir qədər şübhəli araşdırma olsa da nəticə belə olub.

ŞƏRH YAZIN