• Əgər qadın gəzərkən qarşısına günəşdən qızmış çınqıl çıxarsa, o, çınqılın üzərindən barmaqlarının ucunda keçər, kişi isə bu halda dabanlarını yerə basardı.
• Qadın əsnəyəndə ağzını ovucu ilə, kişi isə yumruğu ilə tutur.
• Qadını kimsə çağıranda, o, yalnız başını çevirir. Kişi isə gövdəsini də döndərir, çünki kişilərin boynu daha yoğundur və o həmişə xoşagəlməzliklərlə üzləşə bilər.
• Qadınlar xarici dil öyrənməyə meyillidirlər, daha doğrusu, bu onlara daha asan müyəssər olur. Ümumiyyətlə, statistikaya görə, qadınlar daha savadlı və sürətli danışırlar.
• Qadın heç vaxt futbolkasını kürəyindən yapışıb çıxarmır.
•Qadın heç vaxt boynunun ardını qaşımır, çünki çaşqınlığını nümayiş etdirmək istəmir və üstəlik bu onun saç düzümünü poza bilər.
•Əgər qadından əllərini göstərməyi xahiş etsən, yəqin ki, o, qüsursuz manikürünü göstərmək üçün ovucları aşağı əyəcək. Kişilər isə bu halda açıq ovuclarını irəli uzadırlar.
• Statistikaya görə qadınlar kişilərdən 5 il çox yaşayır.
• Təcrübə göstərir ki, qadınlar daha yaxşı sürücüdürlər. Əlbəttə, onlar da qəzaya düşürlər, amma bu qəzalar o qədər də ağır olmur. Kişilər isə sürəti sevirlər və yol qaydalarını daha tez-tez pozurlar.
• Qadınlar güclü ağrılara kişilərdən daha dözümlüdürlər.
• Əgər qadın təsadüfən barmağını çəkiclə əzirsə, kişilərdən fərqli olaraq, senzuradan kənar sözlər işlətmirlər.
• Alimlər bu qənaətə gəliblər ki, qadınlar daha səbrli və diqqətlidirlər və illər keçdikcə də, bu keyfiyyətlərini itirmirlər.
• Ən yüksək IQ göstəricisi olan qadın (196-dır) Merlin Maç Vos Svantdır.
• Maraqlıdır ki, qadınların 24 faizi "dünyaya kişi kimi gəlmək istəyərdim” deyir.
• İspaniyalı 67 yaşlı qadın əkiz uşaq doğmaqla Ginnesin Rekordlar Kitabına düşüb.
• Müntəzəm olaraq dodaq boyasından istifadə edən qadınlar ömür boyu 2 kiloqram dodaq boyası yeyirlər.
• Qadın geyinərkən birinci köynəyi seçir, kişilər isə geyinməyə əvvəlcə şalvardan başlayırlar.
• Əgər qadın yumruq vurmağa cəhd göstərirsə, bir qayda olaraq, böyük barmağı irəli çıxır.
• Əgər yaş paltarı sıxmaq lazım gəlirsə, qadın bunun üçün ovuclarını yuxarı qaldırır, kişi isə əksinə, ovuclarını aşağı açır.
Korrektor: Əliyeva Aynur