Qadınların daxili dünyasına səyahət ...

0
2727
Qadınların daxili dünyasına səyahət ...

 Qadınları tanımaq üçün onların bürücünü bilmək kifayət edər. Çünki, bürclər qadınların xarakteri və iç dünyaları haqqında vacib açardır. Kişilər qadınları bəzən bürcünə görə tanıyır. Bürclər qadınların səhvlərini və qüsurlarını görüb kəşf etməyə yardım edə bilər. 


Qoç bürcü qadını – Qoç bürcünün qadınları dürüst, davakar, enerjili və azadlığına düşkün biridir. Ailəsi haqqında daima yüksək fikirləri söyləməyi sevir. Ən böyük qüsuru qısqanc və kinli olmasıdır. Həyat yoldaşından onu tərfləməsini gözləyir və başqasının tərif olunmasına dözə bilmir. Yaxşı ev xanımıdır və həyat yoldaşını idarə etməyi bacarır. Belə bir qadın aqressiv, çox romantik və ona dəlicəsinə heyran olanları xoşlayır. 

Buğa bürcü– Buğa bürcünün qadınları yumşaq təbiətli, ərinin sözünə canla-başla qulaq asan və açıq danşmağı sevən biridir. Bu tip insanlar incəsənətlə bağlı sahələrdə qabiliyyətli olur. Evini bəzəyib-düzməkdən həzz olur. Ümumiyyətlə, evinin təmizliyi buğalar üçün olduqca vacibdir. Sevgidə həmişə dürüst olur və ailəsinə istilik bəxş edir. Çox yaxşı həyat yoldaşı və ana olur. Ərindən şübhələnsə belə duyğularını gizli saxlayır. 

Əkizlər bürcü – Bu qadınlar tez bir zamanda dostluq münasibətləri qura bilir. Dəyişiklikdən xoşlanırlar və bunun müsbət tərəfə dorğu gedəcəyindən əmin olurlar. Gəzmək və səfərə çıxmaq onların ən böyük arzusudur. Həyat yoldaşlarının savadlı olmasından böyük zövq duyurlar. Evlilik həyatı çox zaman uğurlu olur. Düşündüklərini sərt və kobud şəkildə ifadə edirlər. Evlərinin dekorasiyasını tez-tez dəyişməyi sevirlər. Gizli eşq məcəraları onları cəlb edir. 

Xərçəng bürcü – Xərçəng bürcünün qadınları sevgidə səmimi və sevdiyi insanın hər bir işinə canıyananlıqla yanaşır. Bu qadınlar çoxlarına düşkün olur, ittifaqdan zövq alan, dürüst, kübar və nazik, savadlı, asan dəyişməyən fikrə sahib olur. Onlar mükəmməl anadır. Səbrli, bağışlayan və işinə məsuliyyətlə yanaşır. Həyat yoldaşına dost ola bilir. Onların həyatında sevgi olmadığı müddətdə motonlaşır. Sevgidə sadiq olduqları kimi həm də fədakardırlar. İnadkar və əzmli xarakterə malikdirlər. 

Şir bürcü – Bu qadın geniş qəbli, əliaçıq və xeyirxah olur. Mübahisə və müzakirə etməyi sevirlər. Başqalarına yardım etməyi sevir və düşündüklərini həmin anda deyə bilirlər. Evini çox gözəl idarə edə bilir. Onun qoyduğu qaydalara əməl edilməsindən heyranlıq duyur. Sevgisi uğrunda özünü fəda edir. Eyni zamanda həyatında olan insanı daim nəzarət altında saxlamaq istəyir. İdeal və dərin sevgi axtarışında olur… Yüksək səviyyəyə və vəzifəyə gəlmək üçün daim mübarizə aparır. 

Qız bürcü – Qız bürcü qadının gözlərində dürüstlük və sevgi hiss olunur. Təmiz ürəyə malikdir, insalara kömək etməyi sevir və bundan zövq duyur. Utancaq və qürurlu olduğu üçün sevgisini həyat yoldaşından gizlədir. Çox bədxərcdir, hətta həyat yoldaşını soymaq dərəcəsinə çatır… Qaydalara riayət etməyi xoşlayır və məsuliyyətlidir. Hər bir şeydə seçilməyi sevirlər. Bu istək isə onları səhv addımlar atmağa sövq edir. 

Tərəzi bürcü – Hər zaman hər bir şeyin müsbət tərəfini düşünür. Həyata daha pozitiv baxır. Erkən yaşlarda ailə həyatı qurur. Ağıllı, anlayışlı biridir və uğur axtarışında olur. Özünü və həyatını çox sevir. Sevgidə isə mütəxəssisdir… Parfümlərə düşkünlük və vücudlarına xüsusi qulluq göstərmələri tərəzilərin özəllikləridir. Əylənməyi, komfortu və bahalı həyatı çox sevirlər. Çox dərindən vurulurlar lakin həyat yoldaşı eyni diqqəti göstərməsə, boşanmağı ağıllarından belə keçirmirlər. 

Əqrəb bürcü – Əqrəb bürcünün qadınları hər kəsə eyni münasibəti göstərir və qarşılığı gözləyir. Lakin eyni münasibəti görmədikdə həmin insandan uzaqlaşır. Həyat yoldaşı da əqrəb bürcü olsa, bəxtəvər sayılır. Günahlarını gizlədir lakin üzə çıxdığı zaman hər şeyi etiraf edir və üzr istəməkdən utanmır. Hünərli və qərarlıdır. Böyüklərə hörmət edir və çox səbrlidir. Lakin səbri daşdığı zaman çox dəhşətli hadisələr olar bilər, hətta cinayət də törədə bilər. İstədiyini əldə etmək üçün çox çalışır. Onları idarə edən şəxslərə nifrət edir. Qarşı tərəfdən də eyni nəzakəti gözləyir. Hər xırda bir şeydən xoşbəxtliyi əldə edə bilir. 

Oxatan bürcü – Bu qadın ona əmr verilməsindən xoşu gəlmir. Bir yerdə dayanmasını sevməyən və davamlı hərəkət axtaran tiplərdir. Yaxın qohumlarını sevmir və qarşı cinslə dostluq münasibətləri qurmağı bacarırlar. Yardımsevər, yaxşı evdar qadın və anadır. Güzəştə getməyi bildiyi üçün həyat yoldaşının hər sözünü dinləyir. Başqalarının işinə burnunu soxmur. Sakit, ağıllı və kübar düşüncəli insandır. Açıq qəlbli insanlardan xoşu gəlir. Bağışlamağı bacarır. 

Oğlaq bürcü – Oğlaq qadını əngəllərə və çətinliklərə baxmayaraq, əmin addımlarla irəliləyir. Çalışqan və bacarıqlıdır. Nüfüz sahibi olmağı və etibar qazanmağı, şöhrət və pul qazanmağı arzu edir. Pulu həssaslıqla qoruyub saxlayır və çox xəsis insandır. Vəzifəsinə bağlı insandır və hər yerdə prestij axtarır. Geniş fikirli insandır lakin çox geniş dost çervəsi yoxdur. Onlar duyğusal deyil və qarşı cinslə kobud davrana bilərlər. Həyat yoldaşı seçməkdə çətinlik çəkirlər çünki onlara heç nəyi bəyəndirmək olmur. 

Dolça bürcü – Bu qadınlar adətən eqoist olur. Həyat yoldaşı ona ayaq uydurmasa, onu dəyişdirməkdən heç çəkinmir. Çox mehriban, kübar və yardımsevərdilər. Xəstəliklərdən çox tez təsirlənirlər. Bu qadınlar çox sosial olur və ən yaxşı evlərdə yaşamağa üstünlük verirlər. Ətrafdakıların etirazlarına baxmayaraq, öz istədiyini yerinə yetirir. Evlilikdə mübahisə və gərginlik olmasına baxmayaraq, anlayışlı davrana bilirlər.

Balıq bürcü – Bu qadınlar həyat yoldaşında gözəllik və ağıl axtarır. Şübhəli və hədsiz qısqancdır. Onun sözünü dinləyir. Şübhəli olması sevgidə gərginlik yaradır. Bəzən istəksiz və könülsüz olsa da, özünü sevgisinə həsr edən biridir. Romantik və duyğusaldır. Yaxşı anadır, xoşbəxt ailə mühiti yaratmaq üçün əlindən gələni edir. Mükəmməl evdar qadındır. ətrafında çoxlu dostları var və insanların diqqətini özünə çəkməyi bacarır. Gözəl qonaq qarşılamağı bacarırlar.

ŞƏRH YAZIN