Nəticəni Yoxlayın!

0
2537
Nəticəni Yoxlayın!

Bir çox faydaları olan qəhvə həm də hafizəni möhkəmləndirir. Araşdırmalara görə, qəhvə yaddaşı gücləndirmək üçün də istifadə edildikdə faydalıdır.  

ABŞ-da həyata keçirilən bir araşdırma nəticəsində bəlli olub ki, qəhvənin insan orqanizmi üçün digər faydaları ilə yanaşı onun beyin fəaliyyətinə də ciddi təsirləri var.    

“Təbiət Nevrologiyası” (Nature Neuroscience) adlı jurnalda təqdim  olunan araşdırmanın nəticələri haqda məlumatda deyilir ki, 160 adamın üzərində 24 saat müddətində yaddaş testi həyata keçirilib. Bu müddət ərzində insan beyinləri yaddaş testinə tabe olub. Ancaq mütəxəssislər qəhvənin əsəbilik və depressiya kimi mənfi nəticələri haqda da xəbərdarlıq ediblər. Mütəxəssislər onu da bildiriblər ki, yaddaşı gücləndirmək üçün ən yaxşı vasitə normal yuxu yatmaqdır. Bu üzdən də onlar yatmağa yaxın qəhvə içməməyi məsləhət görüblər. Çünki iş və istirahət zamanı içilən qəhvə hafizənin möhkəmlənməsinə təsir göstərsə də, gecə yatmağa yaxın içiləndə yuxunu qaçırır. Hansı ki, normal yuxu yaddaş üçün qəhvədən daha effektiv vasitə hesab olunur. 

 

ŞƏRH YAZIN