Qoxular Psixologiyamıza Necə Təsir Edir?

0
2134
Qoxular Psixologiyamıza Necə Təsir Edir?

Mütəxəssislərin apardığı bir araşdırma ilə, qoxuların psixologiyamıza təsir etdiyi müəyyən olub. 

Məsələn: yeni biçilmiş ot qoxusu insanda təmiz və dinc bir mühit hissi oyandırır. Qoxusunu aldığınız anda sizi xoşbəxt hiss etdirir.

Təzə bişmiş xəmirli yeməklər.
Çörək, börək, qoğal kimi xəmirli yeməklər yenə insanı cəzbedən və yemə hissi yaradan qoxulara malikdir. Hər nə qədər tox olsanız olun, bir tikə qoparıb yemək istəyərsiniz.

Çiçək qoxusu.
Xüsusilə yaz aylarında açan çiçəklər insanı hərəkətləndirər və mənfi düşüncələrdən bir müddətlik də olsa uzaqlaşdırar. Yaz aylarında nəfəs aldığınız gözəl hava hormonal olaraq da sizi canlandıran bir faktordur.

Torpaq qoxusu.
Xüsusilə yağışlı havalardan sonra yaranan qoxu sakitlik və rahatlama təmin edər. Sanki ruhunuzun detoksu olan bu qoxu, xüsusilə darıxdırıcı qış günlərində sizə yaxşı təsir edən bir faktordur.

Cökə ağacı.
Cökə çayının sakitləşdirici təsiri ümumiyyətlə bilinən bir xüsusiyyətdir. Ətrafınızda bir cökə ağacı varsa, qoxusunu asanca ayırd edə bilər, sakitlik və dinclik verdiyini qısa zamanda fərq edə bilərsiniz.

Təmiz yataq dəstlərinin qoxusu.
Təmizlənmiş yataq dəstiniz daha dinc bir yuxuya getmənizi təmin edərkən, səhər oyandığınızda günə gümrah başlamanıza da köməkçi olur.

Meyvə qoxusu.
Təzə alınmış bir meyvəni kəsdiyinizdə yaydığı qoxu, beyninizə sağlam bir qida qəbulu siqnallarını göndərir. Daha dadına belə baxmadığınız halda yaşadığınız bu reaksiya, meyvəni yedikdən sonra da sizə xoşbəxtlik hissi verir.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN