Şengen Vizası Barədə

0
3525
Şengen Vizası Barədə

“Şengen” sözü Lüksemburqda kiçik bir şəhərin adından götürülüb və məhz bu şəhərdə 1985-ci ilin iyun ayında 5 Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar.

 Sonrakı illərdə bir çox ölkələr də bu sazişə qoşulublar. Bu saziş 1995-ci il 26 mart tarixində qüvvəyə minmişdir və ilk olaraq 5 ölkə qatıldı: Lüksemburq, Fransa, Niderland, Belçika, Almaniya (AFR).
 
·  Almaniya  (1995)
 
·   Avstriya  (1997)
 
·   Belçika  (1995)
 
·   Çexiya Respublikası  (2007)
 
·   Danimarka  (2001)
 
·    Estoniya  (2007)
 
·    Finlandiya  (2001)
 
·     Fransa  (1995)
 
·     İslandiya  (2001)
 
·     İtaliya  (1997)
 
·     Kipr  (2009)
 
·     Latviya  (2007)
 
·      Litva  (2007)
 
·      Lixtenşteyn  (2008)
 
·      Luksemburq  (1995)
 
·      Malta  (2007)
 
·      Macarıstan  (2007)
 
·      Monako  (1995)
 
·      Niderland  (1995)
 
·      Norveç  (2001)
 
·      Polşa  (2007)
 
·      Portuqaliya  (1995)
 
·     Slovakiya  (2007)
 
·     Sloveniya  (2007)
 
·     İspaniya  (1995)
 
·     İsveç  (2001)
 
·      İsveçrə   (2008)
 
·      Xorvatiya  (2013)
 
·      Yunanıstan  (2000)
 
İslandiya və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Avropa Birliyinə daxil olan 5 ölkə-Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengenin zonasına daxil deyillər. Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb,
 
Şengen vizası ilə siz bir ölkəyə daxil olaraq bütün Şengen zonasında azad səyahət edə bilərsiniz. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri də tədricən ölkədaxili səyahətlər kimi idarə olunur. Şengen vizaları qısamüddətli vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır. 
 
Əgər siz yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsinizsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, o zaman əsas istiqamətiniz olan ölkənin səfirliyinə müraciət etməlisiniz. Əgər siz müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, o zaman siz ərazisinə birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət edirsiniz. Viza üçün müraciət edən zaman siz şəxsən özünüz gəlməlisiniz və ərizə forması (şəxsən doldurmalı və imzalamalısınız) və səyahətiniz üçün digər lazımi sənədləri təqdim etməlisiniz. Viza rüsumunun məbləği 60 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. Heç bir digər məbləğ ödənilmir. Turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır.
 
 
Korrektor: Əliyeva Aynur
 
 

 

ŞƏRH YAZIN