Şerlok Holms Sadəcə Obraz İdi Yoxsa ...

0
4800
Şerlok Holms Sadəcə Obraz İdi Yoxsa ...

Məşhur xəfiyyə Şerlok Holmsın adını tanımayan qalmaz.Sirli və çox dolaşıq cinayət hadisələrinin üstünün açılmasında mahir usta olan Şerlok Holms haqqında neçə-neçə povestlər yazılıb,seriallar çəkilib.

İngiltərənin paytaxtı Londonda Beyker-stritdəki evlərin birinin divarında memorial lövhədə belə yazı var:“ Məşhur xəfiyyə Şerlok Holms  1881-1903- illərdə bu evdə yaşayıb və işləyib.”
Lövhədəki bu  yazını oxuyan hər bir kəsdə belə bir fikir formalaşır ki,Şerlok Holms əsər qəhrəmanı yox,həqiqətən yaşamış məşhur xəfiyyə olub.Amma Londonda, Beyker –stritdə belə bir memorial lövhə asılsa da,əslində belə bir adam olmayıb.Şerlok Holms adlı məşhur xəfiyyə,yazıçı Artur Konan Doylun əsər qəhrəmanıdır.

Artur Konan Doylun müasirlərinin yazdıqlarına görə xəfiyyə Şerlok Holms elə Artur Konan Doylun özü olub.Artur həqiqətən,çox ağır,açılması çox müşkül olan,dolaşıq neçə-neçə cinayət işlərinin açılmasında iştirak edib və bu cinayətlərin üstünü çox məharətlə açıb.Artur cinayət işlərinin açılması sahəsində fitri istedada malik olub.Onun baş vermiş cinayət hadisələrinə xüsusi yanaşma tərzi və taktikası olub.Baş vermiş cinayətin açılmasının öhdəsindən çox məharətlə gələn Artura bu sahədə kim müraciət edibsə,o,məmnuniyyətlə qəbul edib.Gəzən söhbətlərə görə,ona hətta Çin və Misir hökumətləri də bu sahədə müraciət edib və o,bu sahədə onlara əlindən gələn köməyi edib.
Bəs,Şerlok Holms adı necə yaranıb? Artur Konan Doyl hər dəfə cinayət işının axtarışına başlayarkən,öz adı ilə deyil,“Şerlok Holms” adı altında fəaliyyət göstərərmiş.

Artur Konan Doyl yaratdığı “Şerlok Holms”ın əsl prototipi ilə tələbəlik illərində Edinburq Universitetində rastlaşıb.Bu cərrah Cozef Bell idi.Əla cərrah olan Cozef Bell diaqnoz qoymaqda da fitri istedada malik imiş.Cozef xəstələrinə ilk baxışdan,nəinki onun xəstəliyini,hətta onun hansı peşə,sənət sahibi olduğunu,habelə,necə xasiyyətə malik olduğunu belə təyin edə bilirmiş.Artur bir müddət həmin cərrahın yanında köməkçi kimi çalışıb.Artur sonralar öz yazılarında deyib:-“Mən neçə-neçə sual-cavablardan sonra xəstə haqqında əldə etdiyim məlumatları C.Bell bircə dəfə xəstənin üzünə baxmaqla təyin edirdi.Mən Bellin köməkçisi olan zaman ondan çox şey öyrəndim və onun bütün metodlarını mənimsədim.Sonralar onun metodlarından xəfiyyəçilikdə istifadə etdim”
Artur Konan Doylun xəfiyyə peşəsinə çox böyük həvəsi varmış.Cərrah Cozef Bellin yanında köməkçi işlədiyi zaman isə bu peşəyə həvəsi daha da güclənib.O,hələ xəfiyyəçilik işinə başlamazdan əvvəl,qəzet və jurnallardan baş vermiş cinayət hadisələri haqda olan yazıları kəsib yığar və özü-özlüyündə xəfiyyəçilik edər,özü- özünə cinayətin necə,hansı şəraitdə baş verdiyi haqda öz fərziyyələrini söyləyərmiş.Cinayətlərin üstü açıldıqdan sonra öz mülahizələrinin düzgün çıxdığını biləndə,özündə xəfiyyəçiliyə böyük istedadın olduğuna əmin olub və bu peşənin arxasınca gedib,xəfiyyəçiliyə başlayıb.O,xəfiyyə işinə başlayan vaxtdan C. Bellin metodlarından daim istifadə edib.

Deyilənlərə görə,Artur doğrudanda xəfiyyə kimi çox böyük istedada və qabiliyyətə malik olub.Onun çox iti baxışları,güclü yaddaşı,çox güclü məntiqi varmış.O,axtarış apararkən ən xırda detallara belə fikir verər və onu yaddaşına həkk edərmiş.O,baş vermiş cinayət hadisələrinə elə bir tərəfdən yanaşırmış ki,o heç polislərin ağlına belə gəlmirmiş.Bu səbəbdən də polislər bəzən Şerlok Holmsa müraciət etmək məcburiyyətində qalırmışlar.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN