Sirri Çözülməyən 5 Hadisə

0
5420
Sirri Çözülməyən 5 Hadisə

 Dünya tarixində müxtəlif illərdə hər kəsi təəccübləndirəcək qəribə hadisələr baş verib. Hansı ki, bu hadisələr hələ də danışılır və sirri çözülməyib.

1978-ci ildə Volqoqrad vilayətində yaşayan Nikolay Aleksandroviç Lipatov ildırım vurması nəticəsində ağır zədə alır və möcuzə nəticəsində sağ qalır. Sağalandan sonra 3 avropa dilində sərbəst danışmağa başlayır.

1987-ci ildə Tula vilayətində pensioner Qennadi Serqeeviş Smirnov yük maşını ilə hasar arasında qalır, başından ciddi zədə alır. Növbəti gün alman dilində danışmağa başlayır. 

1992-ci ildə isə Yaroslavlda ağır xəstəlik keçirən qızcığaz sağaldıqdan sonra başa düşülməz dildə danışmağa başlayır. Sonradan aydın olur ki, bu eramızdan əvvəl III əsrdə mövcud olan Şumər dilidir. 

Moskva psixatriya institutunda 70 yaşlı insult keçirmiş qadının rus dilini unudaraq ivrit dilində danışmağa başlaması hamını heyrətə gətirir. Məlum olmuşdur ki, nə vaxtsa bu qadın ivrit dilini bilib, ancaq o zaman lap kiçik yaşda idi ve Ukraynada yaşayırdı.

Yaxın keçmişdə baş verən bir hadisə: Şotlandiyada 50 yaşlı qadın yuxudan durduqda öz ana dilində qeyri-adi danışdığını hiss edir. Məlum olur ki, bu Cənubi Afrika ləhcəsidir. halbuki, qadın oralarda heç zaman olmayıb.

ŞƏRH YAZIN