Bəhanə uydurmağı dayandır!

0
3228
Bəhanə uydurmağı dayandır!

Sıxıcı iclaslar, maraqsız dərslər və bekar olduğumuz bir zaman əlimizin altında olan qələmlə dəftərə cızma qaralar çəkirik. Əslində, bekarçılıqdan çəkdiyimiz bu cızma qaralar çox önəmlidir. Çünki onlar sizin xarakteriniz, əhvalınız haqqında xeyli informasiya verə bilər. 
Spirallar, dairələr, dalğavari xətlər. Başqalarının problemləri sizi narahat etmir və ya ümumiyyətlə maraqlandırmır. Çox güman ki, yüngülvarı böhran keçirirsiniz. Bu aralar özünüzdən çıxmamaq və həmsöhbətinizi təhqir etməmək üçün diqqətli olmalısınız.
Güllər, günəş, zəncirlər, hörük şəkilli naxışlar. Kənardan şad-xürrəm görsənsəniz də əhvalınız əslində tam tərsidir. Siz daha çox dostluq və nəvaziş arzusundasınız. Ona görə də insanlar arasında olmaq sizin xeyrinizə olar.
Torlar. Hiss edirsiniz ki, riskli və ya narahat vəziyyətə düşmüsünüz. Sizi incidən və qıcıqlandıran şeyləri udmağa meyllisiniz.
Kəsişən ürəklər. Siz hisslərlə dolusunuz, sanki bütün dünyanı öpmək istəyirsiniz. Hisslərinizi gizlətməyə ehtiyac yoxdu. Onlar haqqında danışmaq lazımdır.
Divar kağızındakına bənzər naxışlar. Belə şəkillər darıxdığınızın, hal-hazırda gördüyünüz işdən, ümumiyyətlə, həyat tərzinizdən bezməyinizin əlamətidir.
Xaçlar. Xaç şəkli çox güman ki, hal-hazırkı anda yaranan günah hissini ifadə edir. Sizi narahat edən nəsə var: ya siz özünüz özünüzü ittiham edirsiz, ya da bunu həmsöhbətiniz edir.
İnsan şəkilləri. Bu köməksizlik və ya hansısa məsuliyyətdən yayınmaq istəyini ifadə edir.
Kvadratlar, üçbucaqlar və digər həndəsi fiqurlar. Sizin çox dəqiq məqsəd və mühakimələriniz var. Demək olar ki, heç vaxt fikirlərinizi gizlətmirsiniz. Adətən çox diqqətlisiniz, hər şeyi mürəkkəbləşdirməyin.
Arı şanı. Belə şəkil sakitlik, harmoniya, həyatı qaydaya salmaq istəyinin göstəricisidir. Bu, həm də ailə qurmaq istəyini göstərə bilər.
Şahmat löhvəsi. Çox güman ki, siz xeyli çətin vəziyyətdəsiz. Əgər belə şəkilləri tez-tez çəkirsinizsə, deməli, gizli komplekslərdən əziyyət çəkirsiniz.
Dairələrin kəsişməsi. Bu şəkil sabit və daimi əlaqə haqqında fikirlərin göstəricisi olsa da çox vaxt nədəsə iştirak etmək istəyini də ifadə edir. Siz hal-hazırda hadisələrdən kənarda qaldığınızı, təcrid olunduğunuzu hiss edirsiniz.


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN