Tarixin Ən Maraqlı Xanımları

0
3385
Tarixin Ən Maraqlı Xanımları

1.Dünyada ən alçaq boylu qadın Cənubi Afrikalı Marc Besterdir. Onun boyu 55 santimetrdir.

2.Dünyanın ən hündür boylu qadınının çex modeli Adriana Sklenarikova olması təsdiq edilmişdir. Onun ayaqlarının uzunluğu- 124 sm-dir.

3.Ən böyük sinə 12 yaşında Tin Çjafen  adlı çinli qızda olmuşdur. Onun çəkisi təqribən 10 kiloqram təşkil etmişdir. Lakin tezliklə bu xanım sinəsini kiçiltmək üçün əməliyyat masasına əyləşməli olub. Çünki çoxlu xoşagəlməz hallarla rastlaşıb.

4.Ən çox danışan qadın amerikalı komediya aktrisası Fran Kerodur. 1 dəqiqə ərzində o, 585 sözü tələffüz etmək qabiliyyətinə malikdir.

5. İndiyə kimi Fyodor Vasilyev adlı birinin həyat yoldaşı keçilməz rekorda sahib olub. Belə ki, o, həyat yoldaşına 69 körpə dünyaya gətirib. O, dünyaya 16 dəfə əkiz övladlar, 7 dəfə üçəm və 4 dəfə dörd əkiz gətirib. Qeyd edək ki, əgər hər dəfə onun bir övladı dünyaya gəlsəydi belə 27 övladı olardı. Həmçinin onu da qeyd edək ki, o, həyat yoldaşının ilk xanımı olub.

6. Dünyada ən gənc ana Perulu Lina Medinadır. O, ilk körpəsini 5 il 7 aylıq olarkən dünyaya gətirib. İkinci övladını isə 33 ildən sonra dünyaya gətirib.

7. XVII əsrin ortalarında Osmanlı sultanı İbrahim paşa üç yaşlı qızını Yusif paşaya ərə vermişdir. Bir il sonra onun atası Yusif paşanı qətlə yetirərək qızını dünyanın ən gənc dul qadınına çevirmişdir- 4 yaşı tamam olmaq ərəfəsində. 

8. Dünyada ən çox ərə Tereza Vaux adlı bir xanım malik olmuşdur. 1922-ci ildə Şeffilddə məhkəmə zamanı bu xanım etiraf etmişdir ki, beş il ərzində eyni zamanda İngiltərə, Almaniya və Cənubi Afrikadan olan 60-dan artıq kişiylə eyni zamanda nigahda olub.

9. Dünyada ən bahalı fahişə 1868-1956 illərdə yaşamış Bella Ostera adlı bir ispan qadın olmuşdur. Bütün ömrü boyu bu qadın 25 million dollar qazanıb. Lakin bütün sərvətini oyunlarda itirib və bir qəpiyi olmadan belə vəfat etdib.

10. Uzaq XVII əsrdə Erjbeta Batori əmin idi ki, əgər bakirə qızların qanından ibarət vanna qəbul etsə daima cavan qala bilər. Gələcək qrafinya olacaq Madam Batorinin tükənməz insan resurslarına sahib olmaq imkanı ən azı 650 qızın həyatını itirməsinə səbəb olub. Məhz buna görə də Drakula ölümsüz olmaq məcburiyyəti qarşısında qalmışdır. Əks halda o, heç vaxt bu qadının rekordunu təzələyə bilməzdi. 
 
Korrektə etdi: Salmanlı Ayna
 
 

ŞƏRH YAZIN