Tatuajın qədim tarixçəsi

0
2920
Tatuajın qədim tarixçəsi

 Tatuaj müasir dövrdə gənclər arasında ən çox yayılan sənətdir. Amma tarixi qədim zamanlara dayanır. 


Tatuaj sözü taiti dilində şəkil deməkdir. Bu sözü ingilis dilinə gətirən isə tanınmış səyahətçi Ceyms Kuk olub. Bir müddət Poleneziyada yaşayan səyahətçi tatuajın bu ölkə üçün böyük əhəmiyyət daşıdığının şahidi olub. İlk dəfə tatuaj sözünü 1773-cü ildə Ceyms Kuk öz hesabatlarında istifadə edib. Ona qədər isə bu söz sadəcə "şəkil" deyə adlandırılıb. 

Döymə sənəti — müxtəlif rənglərlin dərinin altına yeridilərək, çeşidli rəsmlərin çəkilməsi sənətidir. Tatuaj vurulmasının müxtəlif formaları var. Tatuaj avanqard incəsənət növü hesab edilir. 

Məlumat üçün deyək ki, pirsinq vurmaq da bir neçə min il öncə qədim Misirdə yaranıb. Belə ki, firona məxsus olan qadınlar pirsinq vuraraq, digər qadınlardan fərqlənirdi. Kişilərin qulaq deşdirib sırğa taxmağı isə bir qədər müasir dövrlərə təsadüf edir. İlk dəfə qulağını deşdirib sırğa taxan kişilər dənizçilər olub. 

Tatuajın çox maraqlı tarixi var.Belə ki, qədim zamanlarda müharibələr zamanı yara alan insanlar öz çapıqlarını müxtəlif rənglərlə boyayardılar. Belə çapıqlı cəngavərlər hamının diqqət mərkəzində olar, hamı ona hörmət edərdi. Həmin dövrlərdə Poleneziyada uşaqdan böyüyə tatuajsız insan tapmaq olmazdı. İnsanlar qulaqlarına, əllərinə, bədənlərinin müxtəlif hissələrinə boyalarla işarələr, rəsmlər çəkərdilər. Bu, Avropada, Asiyada, Şimali Amerikada və Afrikada özünü daha çox biruzə verirdi. Bu ölkələrdə insanlar üzlərinə tatuaj vurdurardılar. Rəsm bütün üzü əhatə edər və «moko» adlanardı.

Dinimizdə də tatuaj haram buyurulub. Bunun müxtəlif səbəbləri var. İlahiyyatçı Növrəstə İbrahimovanın sözlərinə görə, öncə tatuaj prosesi ağrılı olduğu üçün haramdır. "İnsanın orqanizminə zərər vurması haram buyurulub. Tatuaj zamanı insanın bədəninin müəyyən bölgəsi ağrıya məruz qalır. Bu səbəbdən haramdır. İkinci bir səbəb isə insanın dərisi altında yad cismi daşıması ilə bağlıdır". 

İlahiyyatçının dediyinə görə, xal döydürən, tatuaj edən, bədənə rəsm çəkdirən insanları cəhənnəm əzabı gözləyir. "İstər kişi olsun, istər qadın, fərq etməz, tatuajın namaza, dəstamaza heç bir aidiyyatı yoxdur. Tatuaj konkret olaraq islam dinində haram buyurulub".

Gün-gündən inkifaf edən tatuaj sənətinin artıq bədəndə də 3D formatlıları çəkilir. Bunlardan bəzilərinə nəzər salaq.

ŞƏRH YAZIN