1. Çoxları Kembric və ya Sarabona universitetlərini ən qədim universitetlər kimi tanıyırlar. Lakin bu belə deyil. Dünyanın ən qədim universiteti Mərakeşin Fes şəhərində yerləşən Müsəlman Əl Qarauin universitetidir. Bu ali təhsil ocağı 859-cu ildə yaradılıb.
2. Necə fikirləşirsiniz hansı məktəbdə ən çox tələbə təhsil alır? Bu məntiqli olaraq Hindistanın Lukanu şəhərində Montessori məktəbidir. 2003-cü ildə məktəbdə 27 911 şagird qeydiyyata alınıb.
3. Dünyanın ən yaşlı elmlər doktoru ABŞ sakini Elizabet Eyçelbaumdur. Bu heç də asan bir iş deyil. Onu nəzərə alsaq ki, o bu fəxri adı 90 yaşında alıb.
4. Tarixdə 80 yaşından sonra ali məktəblərə daxil olma faktları mövcuddur. Lakin 52 il təhsil alaraq 72 yaşında ali məktəbi bitirmək unikal hal hesab edilir. İngiltərəli Robert Kroni biologiya elmlərinə yiyələnmək üçün Priston universitetinə daxil olarkən bu universitetin ən yaşlı məzunu olacağını ağlına belə gətirmirdi.
5. Məzunların rekordları haqda məlumatlardan danışmasaq olmaz. Belə ki, Almaniya məktəblərindən birinin 100 illiyində 2521 məzun məktəbi bitirib.
6. Qərbi Virciniyanın xanım Blanş Miller məktəb və uşaq baxçasının məzunları 70 il bir birini görməyiblər. Uzun müddətdən sonra onlar bir yerə yığışmaq qərarı verirlər. Düzdür tədbirə hamı gələ bilmir. Belə ki, o şagird və tələbələrdən artıq çoxu dünyasını dəyişmişdir.
7. Çeroki qraflığı ali məktəbinin 1929-cu il məzunları 74 il ərzində hər il görüşərmişlər. Sonuncu dəfə isə sağ qalan 30 nəfərdən 9 nəfəri tədbirə gələ bilib.
8. Ən uzun dərs Avstraliyanın Kvinslend şəhərinin Leydli ali məktəbində 2003-cü ildə 15 apreldən 17 aprelə qədər davam edib. Bu dərsdə professor Mari Barrouz 26 tələbəyə 54 saat ərzində dayanmadan biologiyadan məruzə edib.