Tərləməmək Üçün Carə

0
8482
Tərləməmək Üçün Carə

Qoltuqaltı tərləməsi tez qarşılaşılan və əsasən də isti yay günlərində insanı çətin vəziyyətdə qoyan bir problemdir.

Qoltuqaltından mövcud apokrin tər vəziləri çox ifraz olunur və bölgədə daha çox bakteriya törəməyə başlayır. Bunun nəticəsində də tər qoxu ilə birləşir.
 
Stress, hormonal vəziyyətlər, şişmə, qidalanma vərdişləri və digər metabolik pozğunluqlar qolaltı tərləməsinə gətirib çıxarır.
 
Alma sirkəsi - Alma sirkəsi dərinin Ph səviyyəsini tarazlayaraq qoltuqaltında  bakteriya törəməsinə mane olur. 1 stəkan suya bir az sirkə tökün, yatmadan öncə pambıqla qoltuqaltına çəkin. Alma sirkəli su sizi uzun müddət tərləmədən qoruyacaq.
 
Limon - limon suyu tərləmə və qoxuya ən yaxşı vasitələrdən biridir. Bir dilim limonu biraz  qoltuqaltına qoyun və qurumağını gözləyin. Bir gecə saxlayın. Ertəsi səhər yuyun, gün boyu tər və qoxunu sizdən uzaq tutacaq.
 
Pomidor - Pomidoru əzib xəmir halına gətirin, qoltuqaltına sürtün. Bunu bir həftə davamlı etsəniz dəriniz  normala çevriləcək.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN