Təyyarə Heyyətindən Maraqlı Etiraflar.

0
3391
Təyyarə Heyyətindən Maraqlı Etiraflar.

Pilotlar, mühəndislər və stüardessalar sərnişinlərin bilmədiyi sirrləri bölüşdülər:
 
 Mobil telefonların söndürülməsi haqqında həqiqət
 
 “Mən pilotam. Təyyarədə mobil telefonların söndürülməsi tamamilə əhəmiyyətsizdir. Onlar təyyarənin qəza törətməsində heç bir rol oynamır, ancaq pilotları qıcıqlandırır. Təsəvvür edin ki, təyyarəni endirmək istədiyin vaxt eyni anda yüzlərlə mobil telefonun səsini eşidirsən. Buna görə mən dəfələrlə təyyarəni normal şəkildə endirə bilməmişəm”.
 
 Pilotların çoxu uçuş zamanı yatır
 
 Pilotların yarısı uçuş zamanı yatır və  çox vaxt oyanan zaman digər pilotun da yatdığını görürlər.
 
 Pilot enmə zolağına necə yaxınlaşır
 
 Pis havalarda təyyarə rahat enmirsə, bu heç də pilotun təcrübəsizliyindən irəli gəlmir. Əgər eniş zolağı su ilə örtülübsə, təyyarə kobud şəkildə enməlidir. Çünki təyyarə su təbəqəsini dəlib keçməlidir ki, sürüşmə olmasın.
 
 Oksigen maskaları haqqında həqiqət
 
 Həqiqət budur ki, oksigen  maskasını taxdıqdan sonra cəmi 15 dəqiqəlik oksigenlə təmin olunursuz. Halbuki, bu pilotun oksigenli yerə enməsinə qədər kifayət qədər çoxdur. Onu da bilməlisiniz ki, maskanı 15-20 saniyə ərzində taxmalısınız ki, huşunuzu itirməyəsiniz. Əvvəlcə maskanı özünüz taxırsız, daha sonra yanınızdakı uşağa. Çünki uşağın bir neçə saniyəlik huşunu itirməyindən ziyan yoxdur.
 
Stüardessalar kabinədə nə edir?
 
Stüardessaların çoxu etiraf edir ki, sərnişinlərə mobil telefonları söndürməyi tapşırdıqdan sonra pilot kabinəsinə qayıdıb telefonla məşğul olurlar.
 
Təyyarədə ancaq butulkada olan suyu içmək lazımdır
 
“Lufthansa” aviaşirkətinin yük daşınma üzrə keçmiş agenti danışır: “Heç vaxt təyyarədə suyun butulkadan süzüldüyünü görmədən o suyu içməyin. Məsələ bundadır ki, ayaqyolu tullantılarını təmizləyən lyuk və təyyarənin yanacaq ehtiyatı içməli su ilə cəmi 30 santimetr bir-birindən aralıdadır”.
 
Nəyə görə enmə zamanı təyyarədə işıqlar söndürülür?
 
 Təyyarə gecə eniş edən zaman işıqlar söndürülür. Ona görə ki, sərnişinləri evaukasiya etmək lazım gəlsə, artıq onların gözləri qaranlığa öyrəşməli olsun və rahat təyyarədən çıxa bilsinlər.
 
  İldırım və pilotun hüquqları
 
 “Mənim atam 20 il pilot işləyib. Onun dediyinə görə, təyyarə tez-tez ildırım çaxması ilə üzləşir. Bundan əlavə, əgər sərnişin təyyarənin girişində dava salarsa, pilot onu təyyarəyə buraxmayıb onsuz uça bilər. Qapılar bağlandıqdan sonra kapitan tam hakimiyyətə sahibdir. O, insanları həbs edə və cərimə yaza bilər. Hətta kapitan ölən sərnişinin vəsiyyatnaməsini təsdiq etmə hüququna da malikdir”.
 
 Təyyarələrin əksəriyyəti insan orqanları gətirir
 

“Daxili reyslər həyata keçirən bir çox təyyarələr insan qalıqları və orqanları gətirir. Mən təyyarənin yük yerində operator vəzifəsində çalışıram. Əgər siz təyyarənin pəncərəsinə baxsanız, üzərində “Baş” yazılmış bir qutu görə bilərsiniz.


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN