Titanik batmamışdan 14 il əvvəl

0
2933
Titanik batmamışdan 14 il əvvəl

"Titanik" gəmisinin batmamışdan 14 il əvvəl kitabı yazıldığı ortaya çıxıb.


1898-ci ildə yazılan bu maraqlı kitabın müəllifi Morqan Robertsondur. Həmin illərdə nə Robertson, nə də bir başqasının "Titanik"in var olacağı barədə məlumatı vardı. 

Həmin kitabdakı hekayə və real hadisə arasındakı inanılmaz bənzərliklər aşkar olunub. Kitabın adı "Titanın qalıqları" adlanır və kitabdakı gəmini isə yazar "Titan" adlandırıb.

"Titanik" gəmisi barədə səsləndirilən "Bu gəmi heç vaxt batmaz" sözləri, kitabda da qeyd olunub. Kitabda "Titan" gəmisinin İngiltərənin Sauqtempton limanından ABŞ-a doğru səfərə çıxdığı əks olunmuşdu və 14 il sonra "Titanik" gəmisi də eyni limandan ABŞ-a doğru yol almışdı. 
 
Ən önəmlisi isə hər iki gəminin tutumu 3000 nəfər idi.
 
Müəllifin kitabda qeyd etdiyinə görə, "Titan" gəmisi aprel ayında  gecə yarısına doğru bir aysberqə çarparaq batmışdı. İllər sonra Titanik də 14 apreldə saat 23:40 ərəfələrində aysberqə çırpılmışdı. Hər iki gəmi də sağ tərəfindən parçalanmışdı və gəmilərin batdığı koordinatlar da eyni idi.

Hər iki gəmidə də kifayət qədər xilasedici qayığlar olmadığı üçün ölü sayısı kifayət qədər olmuşdu və hər ikisində də Avropanın sayılıb-seçilən zənginləri, məşhur ailələri var idi.
 
Kitabı yazan Robertson isə 1915-ci ildə bir otel otağında ölü tapılmışdı və yaşadığı ərazidə kimsə onun fərqinə varmamışdı. Ancaq 1980-ci ildə faciə ilə bağlı araşdırmalar aparılarkən bu inanılmaz bənzərlik üzə çıxmışdı.
 

ŞƏRH YAZIN