Titanikdən son məktub.

0
3117
Titanikdən son məktub.

Məşhur "Titanik" gəmisindən sağ çıxan bir sərnişinin gəmi batmamışdan bir neçə saat əvvəl yazdığı məktubu İngiltərənin “Henri Olric & Son” Hərrac Evinin təşkil etdiyi hərracda 101 min funta (təxminən 170 min dollar) satılıb.

 
hərrac dünən İngiltərənin cənubundakı Viltşirdə keçirilib. "Titanik"in sərnişini Ester Hartın Londonda yaşayan anasına yazdığı bir məktub hərraca çıxarılıb. Məktub gəmi sərnişinlərinə aid sonuncu sənəd hesab olunur.
 
Məktubun "Titanik"in aysberqə çırpılaraq batmamışdan səkkiz saat əvvəl yazıldığı bildirilir. Hərrac Evi məktubu 80-100 min funta satmağı planlaşdırırdı. Məktubun qeyri-adi olduğunu bildirən satıcı Endrü Olric belə deyib: “Bu, gəminin Atlantik okeanında batdığı gün yazılan tək məktubdur”.
 
Burada hər şey möcüzədir
 
Ester anasına yazdığı məktubda gəmidə keçirdiyi günlərlə bağlı məlumatlar çatdırıb: “Burada hər şey çox gözəldir. Sabah gecə gəmidə konsert veriləcək”.
 
Qəzadan 7 yaşlı qızı Həvva ilə birlikdə xilas olmağı bacaran Esterin bu sətirlərindən bir saat sonra Titanikin batdığı qeyd edilir. Ester və qızı qəzadan qurtulsa da, bu, həyat yoldaşı Bencaminə qismət olmayıb.
 

ŞƏRH YAZIN