Tomas Edison-Dan Maraqlı İxtira

0
3091
Tomas Edison-Dan Maraqlı İxtira

Edison ruhların varlığına ürəkdən inanırdı və onlarla telefon danışığı yaratmaq üçün belə desək “ruhofon” yaratmaq niyyətində idi. Bu haqda məlumat ixtiraçının memuarının fransız dilindən tərcümə edilərək Agence Agence France-Presse-də nəşr edilməsindən sonra verilmişdi.

 
Amerikalı ixtiraçı belə bir cihaz yaratmaq niyyətini özünün Diary and Sundry Observations yazısının sonuncu fəslində qeyd etmişdir. Bu əlyazma daha sonradan ingilis dilli versiyalarda saxlanmasa da, xoşbəxtlikdən 1949-cu ildə fransız dilində nəşr edilmiş versiyası mövcuddur. Bu versiyadan isə ixtiraçının yeni kitabı yaradılmışdır.
 
Verilən məlumatlara görə Edison belə bir cihazın yaradılması ilə 1870-ci ilin sonunda məşğul olmağa başlayıb. İxtiraçının gümanlarına əsasən bu cihaz onun fonoqraflarının səs siqnallarını gücləndirməli idi. Bu prosesin isə hansı şəkildə baş tutmalı olduğu məlum deyil.
 
Bundan əlavə o öz kolleqası mühəndis William Walter Dinwiddie ilə belə bir razılığa gəlir ki, onlardan hansı biri dünyasını tez dəyişsə digərinə o biri dünyadan xəbər göndərdin.
 
Korrektə etdi: Salmanlı Ayna
 

ŞƏRH YAZIN