Uğurun Örnək Simaları!

0
2680
Uğurun Örnək Simaları!

1. Bethovenin müəllimi öz şagirdini tamamilə istedadsız biri hesab edirdi.
2. Darvin tibblə məşğul olmağı dayandırdıqdan sonra atası hər zaman onu danlayır və vaxtının çoxunu yalnız səmərəsiz işlərə sərf etdiyini söyləyirdi.
3. Uolt Disneyi kifayət qədər məhsuldar və cəlbedici ideyalar təklif etmədiyi üçün redaksiyadan kənarlaşdırmışdılar.
4. Edisonun müəllimi onun heç nə öyrənə bilmədiyini və savadsız olduğunu söyləyirdi.
5. Eynşteyni uşaqlıq illərində əqli cəhətdən geri qalmış biri hesab edirdilər. O, 4 yaşına qədər danışmamışdı.
6. Böyük heykəltəraş Roden 3 dəfə incəsənət məktəbinə imtahan vermiş və hər 3 imtahanda uğursuz nəticə əldə etmişdir. Atası onu savadsız adlandırır və onun nə vaxtsa həyatda uğur qazanacağına inanmırdı.
7. İmperator Ferdinand dünyanın ən dahi bəstəkarlarından biri hesab olunan Mozarta irad tutaraq bildirmişdi ki, bəstəkar "Fiqaronun toyu" operasında olduqca çox notdan və az səsdən istifadə edib.
8. Mendeleyev hər zaman məktəbdə kimya dərsindən 3 qiyməti alırdı.
9. "Ford" şirkətinə və onun istehsalı olan avtomobillərə nəzər yetirən hər bir şəxs Henri Fordun çox uğurlu bir biznesmen və həddindən artıq varlı biri olduğunu düşünər. Qeyd edək ki, sözügedən şirkət artıq bir əsrdən çoxdur ki, fəaliyyətini davam etdirir. Lakin bu zirvəyə nail olmazdan və böyük maliyyə uğuruna imza atmazdan əvvəl Ford bir neçə dəfə iflasa uğrayıb. İndi isə Ford tarixin gedişatını dəyişən və 4 təkər üstündə yeni həyat modeli yaradan şəxs kimi qiymətləndirilir.
10. Radionun yaradıcısı Markoni bir müddətdən sonra sözlərin uzaq məsafədən ötürüləcəyini söyləyəndə, dostları onun dəli olduğunu düşünərək psixiatra müraciət etməyini məsləhət görmüşdülər. Bir neçə aydan sonra isə onun yaratdığı radio çoxsaylı dənizçinin həyatını xilas etmişdi.

 

Korrektor: Əliyeva Aynur

 

ŞƏRH YAZIN