Uzunömürlülüyün daha bir sirri - HƏRƏKƏT!

0
2132
Uzunömürlülüyün daha bir sirri - HƏRƏKƏT!

 Az hərəkət edərək ölüm riskini daha da artırdığının fərqindəsən? Bəli bəli. Az hərəkət etmək həyat müddətini qısaldır. 


İngilis Tibb jurnalında nümayiş olunan araşdırmaya əsasən gündə 3 saatdan az oturmaq həyat müddətini təxminən 2 il uzadır. Araşdırmada ABŞ, Kanada, Avstraliya və Şotlandiyada son illərdə nümayiş olunan hərəkətsiz həyat tərziylə əlaqədar 5 məqalənin nəticələri qiymətləndirilib. 

Elm adamları ABŞ Xərçəng Birliyi tərəfindən edilən araşdırmaya görə, 123 min 216 nəfərin iştirak etdiyi nümayişdə gündə 6 saatdan çox hərəkətsiz qalanların ölüm riskinin, gündə 3 saatdan az hərəkətsiz qalanlardan 20 faizindən daha yüksək olduğu ifadə edilib. Kişilərdə ölüm riskinin 17 faiz, qadınlarda isə 37 faiz olduğu deyilib. O da qeyd olunub ki, az hərəkət etmək diyabet və ürək-damar xəstəlikləri riskini də artırır.

ŞƏRH YAZIN