Yaddaşına sahib çıx!

0
3225
Yaddaşına sahib çıx!

 Yaddaş həyatımızın önəmli parçasıdır. Kimisi keçmişə aparan, gələcəyimizi də təmin edən amildir. 


Həyatınızı təşkil etmək yaddaşınızı təşkil etməkdir. Bir işdən başqa bir işə keçmək yaddaşınızı yorar. Beyninizə etdiklərinizi yazacaq zaman verin. Yaxşı bir yaddaş həyatını yaxşı idarə edənlərdə olur.
 
Açıq havada idman edin. Oksigen yaddaşın yanacağıdır. Ürəyinizin daha güclü vurmasını təmin edəcək üzmə, qaçma kimi idmanlar edin.
 
Yaddaşınızı tərifləyin. Yaddaşınız səbirsiz, istəkli bir uşaq kimidir. Əgər ona diqqət göstərsəniz böyüyəcək. Əgər yaddaşınızı çox tənqid etsəniz qeyri-kafi bir yetkin olacaq. Özünüzə hər gün 'Güclü bir yaddaşa sahibəm' deyin

Yaddaşınızı test edin. Bir yoldaşınızdan bir fotoşəkildəki 10 şeyi söyləməsini istəyin. Fotoşəkilə baxmadan iki dəqiqədə neçə dənəsini xatırlaya bilirsiniz baxın. Yalnız 3-4′ünü xatırlayırsınızsa yaddaşınızı inkişaf etdirməyə zaman ayırmalısınız. Əgər 9 ya da 10 dənəsini xatırlayırsınızsa yaddaşınız olduqca yaxşıdır. Yaddaşınızı inkişaf etdirmək üçün əvvəl 20 sonra 30 dənə şeyi xatırlamağa çalışın.
 
Təcrübələnmək mükəmməlləşdirər. Sadə yaddaş texnikaları istifadə edərək işə başlayın. Yerləri, insanları, hadisələri xatırlamağa çalışın. Yaddaşla əlaqədar təvrübələnmək hər gün onu inkişaf etdirər.

Yaddaşınıza faydalı qidalarla bəslənin. Omeqa 3 ehtiva edən yeməklər istehlak edin. Beyin hüceyrələrinin yanacağı yediklərimizdir.
 
Yaxşı bir yaddaş üçün duyğularınızı da inkişaf etdirməlisiniz. Bir yerə açar, pulqabı, hara qoyduğunuza diqqət yetirin. Yaddaş fotoşəkil və yer əlaqəsi quraraq işləyər. Əgər bir hərəkəti edərkən yerinə və mühitinə fokuslansanız unutmanız çətin olar.
 
Yaddaşınızı inkişaf etdirmənin açar yolları:

Gecə yaxşı yatın.
 
Beyninizi sakitləşdirin.
 
Beyninizi gənc tutmaq üçün bir dil və ya musiqi aləti çalmağı öyrənin.
 
Beyni işlətmək üçün tez tez puzzle oyunundan istifə edin. Bu həm əyləncəli, həm də faydalı olacaq.
 
Möhkəm başın möhkəm bədəndə olduğu unutmayın.

ŞƏRH YAZIN